Yuxarı

"Texnikabank" 119 milyon kompensasiya ödədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Texnikabank" 119 milyon kompensasiya ödədi

"Texnikabank" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam etdirilir.

Fonddan Axar.az-a verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən "Texnikabank"ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 118 mln. 696 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş "Texnikabank"ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapitalbank" ASC seçilib.

Tarix
2016.06.17 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla