Yuxarı

Slovakiya Azərbaycanda bu imkanlardan yararlana bilər - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slovakiya Azərbaycanda bu imkanlardan yararlana bilər - Nazir

Slovakiya şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu fikir iyunun 20-də iqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini Peter Pelleqrini ilə görüşündə səsləndirilib.

Görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-Slovakiya əlaqələrinin inkişaf etdiyini qeyd edən Şahin Mustafayev hazırda ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini bildirib. Azərbaycanda 10 Slovakiya kapitallı şirkət uğurla fəaliyyət göstərir.

Görüşdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb. Nazir Şahin Mustafayev Azərbaycanın investisiya imkanlarının tanıdılmasında ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən ölkəmizin bu günlərdə Formula-1 yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Şahin Mustafayev Slovakiya şirkətlərini sənaye, aqrar, tikinti, nəqliyyat, turizm və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. Slovakiya şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər.

Slovakiya Respublikasının Baş nazirinin müavini Peter Pelleqrini Azərbaycanda yüksək inkişafın şahidi olduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Tarix
2016.06.20 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla