Yuxarı

FHN buğda tədarükünə başladı - Elan

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN buğda tədarükünə başladı - Elan

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru", "Abşeron Taxıl" MMC, "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "Karmen MMC", "Gəncə-Dəyirman" MMC, "N.Quliyev adına Bakı-Taxıl" ASC, "Aveta" MMC, "Neon" firması, "EL" kiçik müəssisəsi, "Pak-Nur" Firması, "Xırman" Firması, "Rəşad" firması və "Svinks" MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti 1 ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, taxıl bazarının konyukturuna müvafiq olaraq qiymət dəyişə bilər.

Müvafiq keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900 -dan 1800-a kimi) belədir:

- "Gəncə Taxıl Elevatoru": Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, Tel: 050-660-39-03,
- "Səngəçal Taxıl Elevatoru": Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şosesinin 51-ci kilometrliyi, Tel: 050-218-30-06,
- "Abşeron Taxıl" MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, Tel: 012-342-90-04; 050-352-50-01,
- "Dəvəçi-Dəyirman MMC": Şabran şəhəri, Nizami küçəsi-1, Tel: 050-314-39-21,
- "Karat-Holdinq": Xirdalan şəhəri, Samaxı şossesi-23, Tel.: 050-222-38-36,
- "Karmen" MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 050-223-18-93,
- "Gəncə-Dəirman" MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 0-50-265-80-75,
- "N.Quliyev adına Bakı-Taxıl" ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,
- "Aveta" MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, Tel: 0-50-200-11-87,
- "Neon" firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, Tel: 0-50-220-30-27
- "EL" kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, 012-346-08-08, 055-271-73-73,
- "Pak-Nur" firması: Xaçmaz şəhəri, Tel: 050-590-18-36,
- "Xırman" firması: Biləcəri qəsəbəsi, Tel: 077-270-97-20,
- "Rəşad" firması: Bərdə şəhəri, Tel: 050-215-99-00,
- "Svinks" MMC: Xırdalan şəhəri, Tel: 050-630-65-92.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə "112" qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər bunlardır:

- Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Tarix
2016.06.20 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla