Yuxarı

İngilis breksiti manata təsir edəcəkmi? - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngilis breksiti manata təsir edəcəkmi? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı (AMB) Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının manatın məzənnəsinə necə təsirinə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, bankın valyuta ehtiyatları diversifikasiya strategiyasına uyğun olaraq ABŞ dolları, avro, funt sterlinq olmaqla likvid maliyyə alətlərində saxlanılır: "Bu baxımdan, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti (85%-dən çox) ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb. Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit" ilə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin də ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlərdir".

Qeyd edək ki, ötən gün keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Tarix
2016.06.24 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla