Yuxarı

Romada Azərbaycan-BMT görüşü keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Romada Azərbaycan-BMT görüşü keçirildi

Azərbaycanla BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Axar.az xəbər verir ki, 27 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində yerləşən agentlikləri yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti ilə IFAD arasında mövcud əlaqələr, bu xüsusda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan diplomatı ölkəmizin iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olması, kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər və bu xüsusda beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.

IFAD prezidenti 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirak ilə əlaqədar Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb və ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kənd təsərrüfatına verilən diqqəti təqdir edib və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Tarix
2016.06.30 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla