Yuxarı

Ermənistan 5 ölkəyə lavaş savaşı elan etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan 5 ölkəyə lavaş savaşı elan etdi

Ermənilərin lavaşı beynəlxalq mədəniyyət mirası siyahısına "erməni çörəyi" olaraq təqdim etməsi 5 dövləti hərəkətə gətirib.

Axar.az xəbər verir ki, Türkiyə, Azərbaycan, İran, Qırğızıstan və Qazaxıstan lavaş üçün birlikdə sənəd hazırlayaraq UNESCO-ya təqdim edib.

5 ölkənin hazırladığı "Zərif çörək hazırlama və paylaşma mədəniyyəti: lavaş, qatırma, yuxa, yayma" sənədi ilə bağlı veriləcək qərarın tarixi də müəyyən olub. Sənədlə əlaqədar yekun qərar 28 noyabr-2 dekabr 2016-cı ildə Efiopiyada keçiriləcək Qeyri-məlum Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Yığıncağında veriləcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi səlahiyyətlilərindən alınan məlumata görə, Ermənistan lavaşı UNESCO-ya ilk dəfə "Ermənistan çörəyi - lavaş" adı ilə təqdim edib. Komitədə söz sahibi olan Türkiyə sənədin adının milli sahiblik daşıdığını ifadə edərək buna etiraz edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra sənədin adı dəyişdirilərək "Ermənistanda lavaş" adlanıb.

5 ölkənin hazırladığı ortaq sənəddə isə "Zərif çörək hazırlama və paylaşma mədəniyyəti: lavaş, qatırma, yuxa, yayma" lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanıb.

Tarix
2016.07.09 / 10:36
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla