Yutub video
şəbəkəsində"Mütləq
bilməyiniz lazım olan Top-5 qeyri-adi ixtira" adlı videomaterial
paylaşılıb.
Axar.az xəbər verir ki, insanların yaşam şəraitini yaxşılaşdıran
sözügedən ixtiralar gerçəkdən böyük maraq doğurur:
"1. Havadan su: Gəzinti zamanı suyun yanınızda olması çox
əhəmiyyətli olduğu üçün inqilabi Fontus Airo və Fontus Rayd
şüşələri icad edilib. Bu şüşələr suyu havadan istehsal edir və bu
ixtiranın köməyi ilə ağır və çox yer tutan şüşələri özüylə
götürməyə gərək qalmır. Bu ixtira piyada və velosipedli gəzintilər
üçün nəzərdə tutulub. Su çıxarmaq üçün hava qapaq içində soyudulur
və filtrasiya prosesi ilə içəriyə daxil olur. Fontusun şüşələri
günəş batareyası ilə işləyir və bu batareyalar şüşələr üçün qapaq
da olur. Fontus modeli heç nəyin köməyindən istifadə etmir və özü
avtomatik olaraq hava toplayır. Butulkanın altında isə suyun
mineralizasiya edən xüsusi kapsullar var. Buna görə də istifadəçi
hər zaman təzə su içə bilər".
Daha 4 maraqlı ixtira barədə məlumat əldə etməyiniz üçün videonu
təqdim edirik: