Yuxarı

“Qurdlar vadisi”nin aktyoru Bakıda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qurdlar vadisi”nin aktyoru Bakıda

Kinorejissor Namiq Ağayev "Ol" adlı yeni filmin çəkilişinə başlayıb. "RUN film" və "Turan film"in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru Tuncər Salman rol alıb.

Axar.az xəbər verir ki, rejissor bu gün filmin yaradıcı kollektivinin hava limanında tanınmış türk aktyoru Tuncər Salmanı qarşılayacağını bildirib. Aktyor film çəkilişi ilə əlaqədar Bakıya səfər edir.

Film tragikomediya janrındadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.

Yeni ekran əsərinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.

Qeyd edək ki, Tuncər Salman 1997-ci ildə rejissor Namiq Ağayev ilə birlikdə "OL Teatrı"nı yaradıb. Teatrın ilk layihəsi olaraq "Xoş gəldin, Nazim" adlı tamaşanı səhnələşdirib. Bundan sonra Riçard Baxın eyni adlı kitabından "Qağayı" adlı tamaşanı hazırlayıb. Onu da xatırladaq ki, Tuncər Salman 2014-2015-ci serial mövsümündə "Qurdlar vadisi – pusu"da aparıcı rollardan birini canlandırıb.

Tarix
2016.08.02 / 14:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla