Yuxarı

Müğənni həbsxanada üsyan etdi – Göz yaşları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində tətbiq olunan aministiyadan yararlana bilməyən məşhur müğənni Dəniz Səki qərara sərt etiraz edib.

Axar.az xəbər verir ki, həbsxanada məktub yazan xanım müğənni haqsızlıqla üzləşdiyini deyib:

"Bu məktubu göz yaşlarım yanağımdan süzülərkən, əllərim tir-tir əsərkən, haqsızlığa məruz qaldığım üçün, özümdən soruşduğum xeyli sual içində boğulduğum üçün, "çox yara aldım" deyə bilmək üçün yazıram.

Mən nə etdim?

"Bu ədalətlidir? Narkotik ticarəti və narkotik maddələrdən istifadə maddəsi ilə mənə elan edilən bu aşağılayıcı ittiham altında əzilməkdən yoruldum. Səssiz hıçqırığım eşidilsin deyə, yazıram bu cümlələri... 1 il möhlət qanunundan faydalanan mən, yenə eyni cinayətdən əziyyət çəkən mən, hələ də həbsxanada olan mən. Axı mənim günahım nədir? Niyə iki ildir möhlət qanunu tətbiq olunmur?

Ədalət haradadır?

Həbsxanada nümunəvi şəkildə cəzamı çəkdiyimdən bəri nə dəyişdi ki, mən iki ildir möhlət qanunundan faydalana bilmirəm? Ədalət haradadır? Sizdən soruşuram. Siz də soruşun, bu quruma hörmətsizliyim olubmu?

Mən bir sənətçiyəm, özümü öldürdüm ki, məni yenidən mühakimə edin, təkrar istintaq olsun. Rədd etdilər o müraciətlərimi... Yaxşı, bəs rədd edənlər indi haradadır? Yarısı FETÖ-çu çıxdı və həbsdədirlər!

Yaxşı, bəs mən haradayam, həbsdə!

Bu cəza qanunu yenidən hazırlandı – 1 il möhlət hüququndan faydalanan şəxs eyni cinayəti törətdikdə, fövqəladə vəziyyət səbəbindən iki ildən sonra möhlət hüququndan istifadə edə bilər. Ancaq mən bundan da istifadə edə bilmirəm. Düşündükcə dəli oluram.

Məni həqiqətən sevənlər, soruşun bunun hesabını. Təəssüf ki, mən heç nə edə bilmirəm...

Siz soruşun. Cavabını tapsanız, mənə də deyin.

Bu axmaq haqsızlığın hesabını kim, necə ödəməli və mən nə etməliyəm?

Yenidən mühakimə olunmaq belə mənə haram edilib canım ölkəmdə.

Sevgi və hörmətlə..."

Qeyd edək ki, Dəniz Səki 18 fevral 2010-cu ildə narkotik ticarətində ittiham edilərək 8 il azadlıqdan məhrum edilib. O, həbsxanada 218 gün keçirdikdən sonra 2010-cu ilin 2 noyabrında azad edilib. 2014-cü ilin 15 noyabrında isə yenidən həbs olunub.

Dəniz Səkinin 2017-ci ilin son aylarında azadlığa çıxacağı gözlənilir.

Tarix
2016.08.24 / 19:12
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla