Yuxarı

Xəlil Rzanın elçiliyi belə olub... - Xatirə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən məşhur Aşurbəyovlar ailəsinin üzvüyəm, Xəlil isə sadə salyanlı bir gənc idi.

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk "Bir sevgi tarixçəsi" verilişində danışarkən deyib.

O, ilk dəfə universitetdə tanış olduqlarını bildirib:

"Onda universitetdə oxuyurdum. Bacım məndən iki kurs yuxarı - Xəlillə bir qrupda idi. Bir gün Xəlil bacıma deyib ki, Firəngizdən xoşum gəlir. Sonra mənimlə görüşdü, dedi, ay qız, neynirsən tarix oxumağı, Marksı, Engelsi... Ədəbiyyat oxu, ədəbiyyat! Mən də dedim ki, atam istəyir, tarixçi olum. Mənim də xoşum gəlmişdi onun danışığından. Dedi, sənə elçi göndərəcəyəm. Atası gəlib atamın yanına, atam deyib ki, qoy, bir qızdan soruşum, anası ilə məsləhətləşim. Gəlib evdə deyəndə ki, bəs, qıza elçi gəlib, anam etiraz etdi, çünki o istəyirdi, həkim qohumu Cəmillə evlənim. Eyni anda bizə həm Cəmilin, həm də Xəlilin elçiləri gəldi. Amma mən iki ayağımı bir başmağa dayayıb dedim ki, Cəmilə ərə gedən deyiləm. Məcbur olub Cəmilgilə "yox" dedilər. Xəlilə razılıq verdilər və biz beləcə ailə qurduq".

Tarix
2016.09.26 / 18:25
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla