Yuxarı

Ən böyük arzum adam olmaqdı…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın güneyində doğulmuş, indisə Bakıda yaşayan şair Sayman Aruz hələ gerçəkləşdirə bilmədiyi arzularından danışır.

- Sayman bəy, gerçəkləşməsini çox istədiyiniz, amma hələ də həyata keçirə bilmədiyiniz arzularınız varmı?

- Əlbəttə var. Elə arzularım var ki, hələ də gərçəkləşməyib.

- Ən çox nəyi arzulayırsınız?

- Ən çox gerçəkləşməsini istədiyim arzum torpaqlarımızın, Güney Azərbaycanın azad olmasıdır. Təbii ki, şəxsi həyatımla bağlı da gərçəkləşməyən arzularım var, amma onları kimsəylə bölüşmürəm.

- Arzularınızın həyata keçməməsi sizi çoxmu üzür?

- Üzür, amma neyləyək, bir təhər dözürük …(Gülür )

- Bu gün olmaq istədiyiniz yerdəsiniz?

- Bəlkə inanmaq çətindir, amma mən öz taleyimi bilirdim. Baş verəcəklərin necə olacağını gözləyirdimsə, hər şey elə də oldu. Hazırda uşaq yaşlarında arzuladığım və yuxularımda gördüyüm hadisələri yaşayıram. Bəzən mənə elə gəlir ki, doğurdan da biz seçilirik. Hətta qabaqcadan anlımıza yazılanları yaşadığımızı düşünürəm.

- Sayman bəy, bəs ən böyük arzunuz nədir?

- Ən böyük arzumu bilsəniz bəlkə də, təəccüblənərsiniz. Çünki ən böyük arzum adam olmaqdır…

- Yazılarınızda Güney mövzusuna çox diqqət edirsiniz.

- Bəli, oranın siyasi-ictimai-psixoloji durumu hər zaman məni narahat edib və edəcək də... Bu mövzu həmişə diqqətimdə olub. Hazırda bununla bağlı romanı çapa hazırlayıram.

Mən əzilmiş bir xalqın əzilməməyə qarşı müqavimət göstərən qəhrəmanıyam! Qəhrəmanı çox olan millət həmişə kölə, alimi çox olan millət həmişə hakimdir.

- Güney Azərbycanla bağlı arzunuzun nə zamansa gerçəkləşəcəyinə inanırsınızmı?

- Güneyin azad olmasına tam əminəm. Əminəm ki, yaxın illər ərzində onu görəcəyik. Siyasi gedişatı izləyən və tarixi yaxşı oxuyan hər bir adam bunu bilə bilər. Güneydə "mən türkəm" şuarı ilə böyük bir milli hərəkat başlayıb ki, bunun nəticəsi də bütün xalqın oyanıb öz azadlığına qovuşması olacaq.

- Sonuncu sual. Əgər arzularınız tam fərqli olsaydı, Sayman Aruz hazırda harda ola bilərdi?

- Düşünmürəm ki, fərqli nəsə arzulaya bilərdim. Məncə, bütün talelər insanın beynində var və hər bir insan genetik yaddaşının seçimi ilə hansısa bir alın yazısını sadəcə icra edir. Mövlanə demişkən, icbar və ixtiyar məsələsi... Arzular elə alın yazısıdır.

Tarix
2013.11.02 / 16:49
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla