Yuxarı

Mayakovski və Brik: dəlisov məhəbbət üçbucağı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vadimir Mayakovski və zərif sarıyağız gözəl Brik. Qalqamaqallı sovet şairinin evli qadına qarşı inanılmaz ehtirası. Nədən başlamış və necə bitmişdi?

Vladimir Mayakovskinin şeirləri sevgi çılğınlıqları ilə dolub-daşır, dəlicəsinə fədakar bir məhəbbətin istisi onun misralarının iliyinə işləyib. Şairin "Liliçka"sına həsr olunmuş şeirlərini dünyanın hər yerində oxuyur, sevir və ibarə ilə söyləyirlər. Metaforaların coşqunluğu, nizamsız, qeyri-adi qafiyələr və səmimi emosiyalar oxucunun daxili aləmini təlatümə gətirir. Pərəstiş etdiyin, məftun olduğun qarşısında istedadını baş əyməyə məcbur etmək üçün Məhəbbət nə qədər güclü olmalıdır! Üsyankar sovet şairini öz tərzi ilə bir araya sığmayan anlayışlarla yaşamağa vadar edən Sevgi necə böyük bir qüvvəyə malik olub?!

Hər şey Mayakovskinin Lili Brikin bacısı Elza ilə kiçik bir eşqbazlıq macərası ilə başlayır. Şair bir müddət Elza ilə mehriban münasibətdə olmuşdu. Qızın valideynləri ilə də tanış olan Vladimir onların evinə gedib-gəlirdi. Emosional təbiətli şair özünün futurist (XX əsrin əvvəlində incəsənət və ədəbiyyatda: realizmi inkar edən və köhnə incəsənət ənənə və üsullarını dağıtmalı olan yeni bir üslub yaratmağa çalışan formalist cərəyan – tərc.) çıxışları ilə çox vaxt onları dəhşətə gətirirdi. Mayakovskini Brik ailəsi ilə də məhz bu gənc qız tanış etmişdi.

Tanışlıq 1915-ci ilin yayında baş tutmuşdu. Bu vaxt Lili (əslində Mayakovskinin sevgilisinin adı məhz Lili idi, onu şair Lilya çağırırdı) 24 yaşında idi. Gələcəkdə tamamailə təmin edilmiş iş adamı olan Osip Maksimoviç Brik – Lilinin əri – gəncdəki şairlik istedadını sezib onunla maraqlanır. Tanışlıq böyüyüb dostluğa keçir və Vladimir Mayakovski tez bir zamanda Briklərin evində daimi qonağa çevrilir. Onlar şairin yaradıcılığını sevirlər, o isə... O isə Lilyanı sevir.

Lilya Yuryevna Brik məxsusi gözəlliyi ilə seçilən qadınlardan deyildi. Hətta bəzi memuar müəllifləri onun "gözəl olmadığını" xüsusi vurğulamağı sevirdilər. Əslində isə qadının xarici görkəmində xoşagəlməz heç nə yox idi, sifətin azacıq enli aşağı hissəsi, ancaq iri mavi gözlər və kənarları qəşəng çəkilmiş, "daima boyalı" dodaqlar qeyri-adi təsir bağışlayır və nəzərləri cəlb edirdi.

Brikin zərif, incə vücudu var idi, qaməti, əndamı yeniyetmə qızı xatırladırdı. Ancaq bununla yanaşı, o, kişilərlə necə davranmağı yaxşı bilirdi. Onun sözlərinə görə, "kişiyə təlqin etmək lazımdır ki, o, çox yaraşıqlıdır, hətta dahiyanədir. Başqaları isə bunu görmürlər. Daha sonra isə evdə ona qadağan olunanı etməyə icazə vermək lazımdır. Misal üçün, siqaret çəkməyə, ürəyi istədiyi yerə getməyə... Yerdə qalan şeyləri gözəl qayaqqabı və ipək gecə paltarı həll edəcək. Lilya çox gözəl aktrisa idi, o, özünəməxsus lətafət və məlahətinin cazibəsi sayəsində həmişə arzuladıqlarını əldə edə bilirdi.

Mayakovski məhəbbət şeirlərini bir-birinin ardınca yazırdı, o, məftun olmuşdu, heyranlığından ağlını itirmişdi. Osip Brik onun "Облако в штанах" ("Şalvarlı bulud") poemasını nəşr etdirir. O.Brik yeganə insan idi ki, bu poema haqqında öz fikrini bildirmiş və onu çap etdirmək qərarına gəlmişdi. Poema bir göz qırpımındaca öz ithaf ünvanını tapdı: "Lilya, Sənə". Sonralar da Mayakovski nə yazırdısa, hamısı yalnız bir – yeganə qadına ithaf olunurdu.

Bu məhəbbət üçbucağının hər üç üzvü bir yerdə, lakin hərəsi öz həyatını yaşayırdı. Lilya sağda-solda məhəbbət macəraları yaşayırdı, o, kişiləiri idarə etməkdən həzz alırdı. Osipin həmişə kənarda sevgilisi olurdu. Mayakovski isə unutmağa, Lili haqqında düşünməmyə çalışaraq tez-tez Rusiyanı tərk edir, birgünlük tanışlıqlarla başını qatır və yenidən geri dönürdü. Lilya utanmadan Vladimirdən pul istəyirdi – tezliklə şair əziz Liliçkasının xırda və kiçicik xahişlərini yerinə yetirməklə onların bütün ailəsini maddi cəhətdən təmin edir. Briklər Mayakovskinin dördotaqlı mənzilində yaşayırdılar, şairin özü də burada yaşasa da, otaqlardan yalnız birini tuturdu.

Sevgililərin qeydiyyatı şairin əbədi məhəbbət etiraflarından, Lilinin "pul göndərmək" barədəki xahişlərindən və onun guya şairin gerçəkdən evlənməyə hazırlaşmasına görə məzəmmətlərindən ibarət idi. Brik Mayakovskinin başqa bir qadına sözün əsl mənasında aşiq olacağından ehtiyatlanaraq onun "cilovunu bərk saxlamışdı". Ola bilsin ki, bayağı və mənasız qadın qüruru üzündən idi bu münasibət, bəlkə də ona görə idi ki, Vladimir Lilinin kef çəkməsi üçün böyük pullar xərcləyirdi, onun evlənməsi isə şairin maliyyə imkanlarını məhdudlaşdıra bilərdi.

Bununla belə, Lilya ölən gününədək Mayakovskinin bağışladığı üzüyü barmağında gəzdirirdi. Üzüyün üzərində onun inisialları həkk olunmuşdu: ЛЮБ (Lilya Yuryevna Brik). Əgər üzük fasiləsik fırladılsa, bu hərflər sonsuzadək ЛЮБЛЮЛЮБЛЮ (sevirəmsevirəm) kəlməsinə çevrilirdi.

Mayakovski özünü güllələyir. Ölümqabağı yazdığı məktubda şair Lilyanı öz ailə üzvlərinin siyahısına daxil etmişdi. Lilya deyirdi ki, onun dörd əri olub: O.Brik, V.Mayakovski, V.Primakov və V.Katanyan. O, 87 yaşında yüksək dozada yuxu dərmanı içərək intihar etmişdi.

Vladimirlə Lilya arasında baş verənlər, şübhəsiz ki, məhəbbət idi. Hər kəsin sevgisindən fərqli, lakin əsl məhəbbət...

Tarix
2014.04.02 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla