Deyl Brekenridc Karnegi (Dale Breckenridge Carnegie.
1922–ci ilə qədər Carnagey olub) Amerika yazıçısıdır. O, həm də
mühazirəçi olub. (24 noyabr 1888-01 noyabr 1955) O,
özünütəkmilləşdirmə sahəsini inkişaf etdirənlərdən biridir.
Missuridə kasıb ailədə doğulub. Onun, "Necə dostluq etməli və
insanlara necə təsir etməli" (1936) kitabı hələ də məşhur kitablar
sırasındadır. O, həmçinin "Narahatlığıa necə son qoymalı və yaşamğa
necə davam etməli" kitabının da müəllifidir.
Onun kitablarının əsas ideyası budur ki, başqalarına qarşı
rəftarı dəyişməklə onların da sizə qarşı olan rəftarını dəyişmək
olar.
1. Uğursuzluğunuzla uğurlarınızı inkişaf etdirin. Məyusluq və
uğursuzluq uğura aparan ən etibarlı iki pilləkəndir.
2. Xoşbəxtlik heç bir xarici vəziyyətdən asılı deyil, o bizim
ruhi münasibətimiz tərəfindən idarə edilir.
3. İnsan təbiəti haqqında bildiyim ən faciəvi şey odur ki, bizim
hamımız yaşamağı təxirə salmağa meyl edirik. Belə ki, biz
pəncərəmiz önündə çiçəkləmiş qızılgüldən həzz almaq əvəzinə hansısa
uzaq bir yerdə sehrli qızılgül bağını xəyal edirik.
4. Özünüzə və hazırkı vəziyyətinizə təəssüflənmək təkcə
enerjinizin boş yerə itməsi deyil, eləcə də malik olduğunuz ən pis
vərdişdir.
5. Əgər qorxuya qalib gəlmək istəyirsinizsə, evdə oturub qorxu
barədə fikirləşməyin. Evdən çıxıb bir işlə məşğul olun.
6. İstədiyin nəyisə əldə etmək uğur hesab edilir. Xoşbəxtlik isə
əldə etdiyin həmin şeyi arzulamaqdır.
7. Əgər yata bilmirsinizsə, yataqdan qalxın və boş yerə
çarpayıda uzanmaqdansa bir işlə məşğul olun. Siz yuxuya getməyəndə
yuxusuzluğa yox, narahatlığa düçar olursunuz.
8. Hərəkətsizlik şübhə və qorxu, hərəkət isə inam və cəsarət
"yetişdirir".
9. İnsanlarla ünsiyyət qurarkən unutmayın ki, qarşınızdakı
varlıq emosional valıqdır, ağılı varlıq yox.
10. İnsanlar çox az hallarda etdikləri bir işə lağ olunmamışdan
əvvəl uğur qazanırlar.
11. Sənin nəyə malik olmağın, harada olmağın, hansı işlə məşğul
olmağın hələ sənin kim olduğunu bildirmir. Sən nə barədə
düşünürsənsə osan.
12. Bəzən bizi iş yox, narahatlıq və narazılıq yorur.
13. Uğur qazanan insan öz səhvlərindən də faydalanır və öz
səhvlərini başqa yolla sınaqdan keçirir.
14. Həyatdan bezmisiniz? Həyat sizi yorub? Elə isə bütün
varlığınızı ürəkdən inandığınız bir işə sərf edin və o iş üçün
yaşayın, qurban verin, bax onda siz xoşbəxtliyi əldə edəcəksiniz -
bir vaxt əlçatmaz hesab etdiyiniz xoşbəxtliyi!
15. Unutmayın ki, xoşbəxtlik sizin nəyə malik olduğunuzdan asılı
olan bir şey deyil, o sizin nə düşündüyünüzdən asılıdır.
16. Qorxu sizin düşüncənizdən başqa heç bir yerdə mövcud
deyil.
17. Dünya ilə əlaqə qurmağın dörd yolu var, yalnız və yalnız
dörd yolu. İnsanlar buna görə qiymətləndirilir və buna görə təsnif
edilir: biz nə edirik, biz necə görünürürk, biz nə deyirik və necə
deyirik.
18. Şansdan istifadə et! Həyat özü şansdır! Kim ki uğur qazanıb
və daha uzağa gedir, o nə etdiyini bilib onu etməyə cəsarət
edəndir.
19. Əvəlcə özündən soruş ki, həyatında baş verə biləcək ən pis
şey nədir? Və qabaqcadan onu qəbul etməyə hazırlaş və onu daha da
pişləşməyə doğru inkişaf etdir.
20. Tale sizə limon verirsə, ondan limonad hazırlayın.
İngliscədən tərcümə etdi: Sevil
Gültən