Yuxarı

Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı - Foto

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib.

Axar.az xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində kəndə gedən əsas yol bağlanıb.

Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Rayonun icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Laza kəndinə sakinlərin və nəqliyyat vasitələrinin gediş-gəlişi alternativ yol vasitəsilə təmin olunub.

Hazırda çay yatağında məcratənzimləmə işləri icra edilir, eyni zamanda, dağılan yolun bərpası üçün əraziyə ağır texnika cəlb olunub.

Tarix
2026.06.09 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla