Yuxarı

Bu vitaminin defisiti ürəyi xəstə edir...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu vitaminin defisiti ürəyi xəstə edir...

Həkimlər xəbərdarlıq edirlər: diaqnoz qoyulmamış B12 vitamini çatışmazlığı olan insanlarda ürək problemləri yarana bilər.

B12 vitamini bədən tərəfindən çox vacib qırmızı qan hüceyrələri yaratmaq üçün istifadə olunur. Bu hüceyrələrin çatışmazlığı orqan və toxumaların ehtiyac duyduqları oksigeni ala bilməməsi deməkdir. Nəticədə, bədənin düzgün işləməməsinə gətirib çıxarır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Con Hopkins institutunun əməkdaşlarının gəldiyi qənaətə görə, B12 vitamini çatışmazlığı ürək funksiyasında mənfi dəyişikliklərə səbəb ola bilər. Bu, həmçinin döş qəfəsi narahatlığına səbəb ola bilər.

Mütəxəssislər bildiriblər ki, sürətli ürək döyüntüsü B12 vitamini çatışmazlığından qaynaqlanan anemiyanın əlamətlərindən biri ola bilər. Onlar həmçinin (ürəyin döyünməsi kimi) B12 çatışmazlığını göstərə biləcək və həkimə müraciət tələb edən digər simptomları da sadalayıblar.

- Əzələ zəifliyi

- Qol və ayaqlarda keyimə və ya karıncalanma.

- Gəzməkdə çətinlik

- Ürəkbulanma

- İştahsızlıq

- Çəki itkisi

- Enerji çatışmazlığı və ya yorğunluq

- İshal

- Şişmiş, qırmızı, hamar dil (qlossit).

B12 çatışmazlığını aşkar etməyin ən təsirli yolu qan analizidir.

Mütəxəssislərin fikrincə, müəyyən qidaların qəbulu tez-tez bu vacib vitaminin lazımi səviyyələrini bərpa etməyə kömək edir: ət, balıq, süd, pendir və yumurta B12 ehtiva edənlər arasındadır.

Tarix
2026.06.10 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla