Yuxarı

Piterdə azərbaycanlı "qanuni oğru" saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piterdə azərbaycanlı "qanuni oğru" saxlanıldı

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsindəki mənbə 54 yaşlı Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğunu bildirib.

Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətli də daxil olmaqla, bir sıra ağır cinayətlərdə ittiham olunur.

Bildirilib ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqda, Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb.

“Kommersant” qəzetinin məlumatına görə, Əliyev digər ittihamlarla yanaşı, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Nəşr yazır ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç “qanuni oğru” Moskvada restoranlardan birində keçirilən kriminal toplantı zamanı hədə-qorxu yolu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıblar. Həmin əməliyyat zamanı Əliyevlə yanaşı, Azərbaycan əsilli kriminal avtoritetlər Əlibala Həmidov (Qoca Yasamalski) və Məmməd Hüseynov (Masallı Mamed), eləcə də Gürcüstanda anadan olmuş Teymuraz Faroyan da saxlanılıb.

Məlumata görə, Yusif Əliyev saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb və bundan sonra gizlənib.

Tarix
2026.06.10 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla