Yuxarı

Rusiya Belarusdan rekord həcmdə benzin idxal etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Belarusdan rekord həcmdə benzin idxal etdi

Rusiya iyun ayında Belarusdan benzin idxalını tarixi maksimum həddə çatdırıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, iyunun 1-dən 25-dək Rusiyaya 141 min ton benzin idxal edilib.

Bu, may ayı ərzində tədarük olunan həcmdən 2,4 dəfə, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə təxminən 141 dəfə çoxdur. Həmin dövrdə idxal cəmi 1 min ton təşkil etmişdi.

Belarus əvvəllər Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulan yanacağı Rusiyaya yönəldib.

İdxalın artması Rusiya yanacaq bazarında vəziyyəti yaxşılaşdırsa da, yanacaq çatışmazlığını tam aradan qaldırmır. Belarus ildə 1,8–2 milyon ton, yəni ayda təxminən 150–170 min ton benzin ixrac etmək imkanına malikdir. Yay aylarında Rusiyada gündəlik benzin istehlakı isə ən azı 110 min ton təşkil edir.

Rusiyada yanacaq böhranı Ukraynanın pilotsuz uçuş aparatlarının neft infrastrukturu obyektlərinə endirdiyi zərbələr nəticəsində yaranıb. Bu səbəbdən ölkə digər dövlətlərdən daha çox benzin almağa məcbur olub. Daha əvvəl Rusiyanın Hindistandan benzin idxal etməyə başladığı, həmçinin Qazaxıstanla 50 min ton yanacaq alınması barədə danışıqlar apardığı bildirilmişdi.

Tədarük marşrutlarının dəyişdirilməsi fonunda Mərkəzi Asiya ölkələri də bundan zərər görüb. Qırğızıstanın Energetika Nazirliyi iyul ayında Belarusa və qonşu ölkələrə yanacaq tədarükündə yardım göstərilməsi ilə bağlı müraciət edib. Çünki respublikaya idxal olunan benzinin 90 faizi Rusiyanın payına düşür.

Tarix
2026.07.05 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla