Yuxarı

Fransada 1500 hektar meşə sahəsi yandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada 1500 hektar meşə sahəsi yandı

Fransanın cənub-qərbindəki Şərqi Pireney departamentində baş verən böyük meşə yanğını artıq 1500 hektar ərazini əhatə edib.

Axar.az xəbər verir ki, bu barədə departamentin prefekti Pyer Reno bildirib.

Onun sözlərinə görə, yanğın zolağının uzunluğu 18 kilometrdir. Yanğınla mübarizə üçün 700 yanğınsöndürmə, xilasetmə heyəti, təxminən 200 nəqliyyat vasitəsi, doqquz təyyarə və helikopter cəlb edilib.

Prefekt qeyd edib ki, təkcə bazar günü gecə yanğın Trivellaş kommunası yaxınlığında 900 hektardan çox əraziyə yayılıb.

Onun sözlərinə görə, güclü külək və əlçatmaz ərazi səbəbindən yanğının qarşısını almaq qeyri-mümkün olub.

Reno həmçinin xəbərdarlıq edib ki, hakimiyyət orqanları günün sonuna qədər çoxgünlük "Tur de Frans" velosiped yarışının bir mərhələsini ləğv etmək qərarına gələ bilərlər.

Tarix
2026.07.05 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla