Yuxarı

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Şanlıurfada balaca Abdullah Əmrənin etdiyi hərəkət bütün Türkiyədə böyük rəğbətlə qarşılanıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yaşayan balaca Abdullah Əmrə evinin damına çıxaraq əlində Türkiyə bayrağı ilə səmada uçan polis helikopterini salamlayıb. Həmin səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə insanın rəğbətini qazanıb.

Balaca Abdullahın bu vətənpərvər davranışı cavabsız qalmayıb. Şanlıurfa Polis İdarəsinin rəisi Atilla Aksoy onu qəbul edərək şanlı Türkiyə bayrağı və velosiped hədiyyə edib.

Görüş zamanı Abdullahın dövlət rəmzlərinə və polisə göstərdiyi sevginin təqdirəlayiq olduğu vurğulanıb. Hədiyyələrin təqdim olunduğu anların görüntüləri də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Tarix
2026.07.05 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla