Yuxarı

“Qurdlar vadisi”nin böyük uğur qazanmasının sirri...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qurdlar vadisi”nin böyük uğur qazanmasının sirri...

“Qurdlar vadisi” mənim üçün də çox əhəmiyyətli layihələrdən oldu. Serialın ilk 55 bölümündə rol almışam və hesab edirəm ki, həmin dövr layihənin ən yaddaqalan mərhələlərindən biri idi. Serial dövlət-mafıya münasibətlərinə fərqli prizmadan yanaşaraq Türkiyədə müəyyən hadisələri tamaşaçıya çatdırmağı bacardı.

Kult.az xəbər verir ki, bunu türkiyəli məşhur aktyor Səlcuq Yöntəm Teleqraf-a müsahibəsində deyib.

“Bu mövzu əvvəllər televiziya ekranlarında bu şəkildə işlənmədiyi üçün serial qısa müddətdə böyük maraq və rəğbət qazandı. Layihənin uğurunda güclü aktyor heyətinin də mühüm rolu vardı. Dövlət teatrlarının tanınmış sənətkarlarının bir araya gətirilməsi və belə bir ekran əsərinin ərsəyə gəlməsi həqiqətən böyük nailiyyət idi.

“Qurdlar vadisi” yalnız uğurlu bir serial olmaqla kifayətlənmədi, eyni zamanda tamaşaçıların yaddaşında iz qoyan çoxsaylı obrazlar və sənətkarlar yetişdirdi. Mənim üçün isə serialın ilk 55 bölümü həm peşəkar fəaliyyətimdə, həm də şəxsi xatirələrimdə xüsusi yer tutur və hər zaman unudulmaz olaraq qalacaq”, - aktyor bildirib.

Tarix
2026.06.02 / 16:09
Müəllif
Kult.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla