Yuxarı

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilə 6 063 nəfər qeydiyyata alınıb.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır.

Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.

Qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub.

Yaş bölgüsünə görə qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Tarix
2026.06.09 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla