Yuxarı

Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlandı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlandı - Video

Salyan rayonunun mərkəzindən təxminən 20-25 kilometr aralıda yerləşən Yeni Uluxanlı kəndində tarixi abidələr aşkarlanıb.

Kult.az ARB TV-yə istinadla xəbər verir ki, həmin kəndin ərazisində 7 Qardaş təpəliklərində adda-budda insan sümükləri tapılsa da, bunun fərqinə varan olmayıb. Bu yaxınlarda isə həmin təpəliklərin yaxınlığında texnikalar vasitəsilə qazıntı işləri aparılarkən xeyli sayda insan sümüklərinə rast gəlinib. Hətta həmin təpəliklərin yaxınlığından keçən kanallarda belə xeyli sayda insan sümüklərini görmək mümkündür.

Mütəxəssislərin fikrincə, Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometr məsafədə orta əsr, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə getməsi, ticarət karvan yolunun tarixən bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyini söyləməyə imkan verir. İlkin ehtimala görə, kənddəki 7 Qardaş təpəlikləri Azərbaycan ərazisində son tunc, ilk dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan kurqanlardır.

Professor Arif Məmmədov bildirib ki, həmin təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, tikinti kərpiclərinin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə gur insan yaşayış məskəninin olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması olduqca zəruridir.

Tarix
2017.07.03 / 22:10
Müəllif
Kult.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla