Yuxarı

“Putini dərmanla dolanan qocalar müdafiə edir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putini dərmanla dolanan qocalar müdafiə edir”

(2011-ci ildə Mərkəzi Seçki Komissiyası Eduard Limonovun Rusiya prezidentliyinə namizədliyini qeydə almaqdan imtina etmişdi.)

İsveçrənin internet-nəşri "Bizim qəzet" Eduard Limonovun fransız dilində əsatir örtüyünə bələnmiş tərcümeyi-halının çıxması münasibətilə ondan müsahibə götürüb.

"Axar.az" tanınmış fransız yazçısı, tarixçi, jurnalist və tərcüməçi Qalina Akkermanın apardığı bu müsahibəni oxucularına təqdim edir.

Fransız nəşriyyatı P.O.L. Emmanuel Karreranın böyük siyasi ambisiyaya malik rus yazıçısı Eduard Limonova həsr edilmiş "Limonov" kitabını nəşr edib. İsveçrə mağazalarının rəflərinə düşən bu əsər oxucu kütləsini iki düşərgəyə ayırıb. Bəs qəhrəman özü tərcümeyi-halı barədə nə düşünür?

Qalina Akkerman: - Eduard, Emmanuel Karreranın kitabını oxumusunuzmu?

Eduard Limonov: - Mən kitabın əvvəlini və axırını oxumuşam, ortalarına ötəri göz gəzdirmişəm. Bir də ki, mən öz həyatımı bilirəm, onu yenidən oxumaq nəyimə lazımdır. Onun interpretasiyasını başqalarına həvalə edirəm.

- Siz də belə hesab edirsiniz ki, kitabın personajı siz özünüzsünüz?

- Karrer əmin edir ki, bəli, "Limonov"dur, - bu, mənəm, ancaq əlbəttə, mən daha mürəkkəb və çoxtərəfliyəm.

- Emmanueli nə vaxtdan və necə tanıyırsınız? Siz onun haqqında yazıçı kimi düşünürsünüzmü?

- 1981-ci ildə onunla qısa görüşüm olub, sonra 2007-ci ildə, ya 2008-də o, Rusiyaya gəlmişdi. Doğrusu, mən onu, demək olar ki, tanımıram, bir kitabını da oxumamışam. Mən oxuyardım, ancaq o, gələndə, yəqin ki, təvazökarlıqdan kitablarından gətirməmişdi.

- Kitabın belə uğur qazanmasını nə ilə izah edirsiniz? Bu, fransızların Selin və ya Jena tipli qeyri-adi xüsusi personajlara marağıdırmı? Yoxsa Rusiyanı anlamaq arzusudur?

- İzahı sadədir: 25-30 ildir ki, Fransa yürütdüyü "siyasi-nəzakət" sayəsində steril, intellektual baxımdan bəhrəsiz bir ölkəyə çevrilib. Elə bir ölkəyə ki, burada azad fikir faktiki olaraq qadağan olunub, azad həyati davranışlar, ümumiyyətlə, cinayətə bərabər tutulur. Bir halda ki, öz qəhrəmanları (hətta anti-qəhrəman kimi anlanılanları da) qalmadığından, yeniləri isə hələ uşaq ikən məhv edildiyindən "açar deşiyindən" dəhşətlə və pis gizlədilmiş heyranlıqla yad qəhrəmanın kitablarına baxırlar. Həm də mən onlar üçün elə də yad deyiləm, Fransada yaşamışam, onların təfəkkür səviyyəsindən xəbərdaram... Rusiyanın buraya heç bir dəxli yoxdur. Bəlkə də Karrer kitaba olan marağı Rusiyaya qarşı maraqla izah edir. Xeyr, əsas maraq - Qadağan edilmuiş insan tipinə, Fransada qadağan edilmiş obrazlara olan maraqdır.

- Karrer kitabın sonunda Sizi əslində məğlub edilmiş kimi təqdim edir, ancaq təslim olmuş kimi deyil, Sizin qocalığınızı haradasa Orta Asiyada təsəvvür edir.

- Orta Asiyada ehtimal olunan qocalığım haqqında Karrerə özüm danışmışam.

- Milli bolşevik təcrübəsi keçmiş gənclərin gələcəyi varmı? Və necə bir gələcəyi?

- Elə yalnız milli bolşeviklərin gələcəyi var. Onlar qorxmazdırlar, polis dövləti şəraitində siyasi mübarizəyə yaxşı hazırlanıblar, odur ki, müləq üstünlükləri vardır. Rusiyanın gələcək siyasətçiləri milli bolşeviklər sırasından, yalnız bizim sıralarımızdan çıxacaq.

- Putinin hələ uzun müddət hakimiyyətdə qalacağına inanırsınızmı? Əgər hakimiyyətini itirsə, onun başına nə gələcək? Ümumiyyətlə, Rusiyada inqilab və ya çevriliş gözlənilirmi?

- Çevriliş həmişə inqilaba bənzəyir, inqilab isə çevrilişə. Nə alınarsa, onu da edəcəyik. Əslində, müxalifət mənəvi baxımdan artıq qalibdir, çünki cəmiyyət Putini dəstəkləmir. Onu yalnız məmurlar, xüsusi xidmət işçiləri, bir də dərmanla dolanan qocalar müdafiə edirlər.

- Demokratlarla taktiki alyansınıza baxmayaraq, mənə elə gəlir ki, siz dəyərlərin Qərb sistemini bölüşmürsünüz. Rusiya üçün hansı yolu görürsünüz? Siz avrasiyaçılıqdan tamam aralanmısınız, yoxsa bu məsələ hələ sizin gündəlikdədir?

- Bütün dünyada (misal üçün, elə Hindistanda da) bərqərar olmuş hakimiyyətin daima dəyişməsi ənənəsi – artıq çoxdan təkcə Qərb sistemi dəyərlərinə deyil, bütünlüklə bəşəriyyətə aiddir. Mən belə bir ənənəyə şərikəm. Mən azad seçimin, seçmə üsulunun hakimiyyətin bütün qollarına tətbiqinin, hətta polis rəislərinin də seçki yoluyla təyin edilməsinin tərəfdarıyam. Mən bir çox məsələlərdə bizim əldəqayırma demokratlardan daha demokratam. Mən daha aydın və dürüstəm, etiraf edirəm ki, bu mənim günahımdır, amma mən müasir və vicdanlıyam. Hər bir böyük ölkənin – sivilizasiya ölkəsinin öz inkişaf yolu var. Hindistanın öz yolu, Çinin öz yolu və Rusiyanın da öz yolu. Lakin prinsiplər universal olaraq qalır: vətəndaş azadlığı və azad seçkilərdə vətəndaşların öz iradələrini sərbəst bildirməsi. Hələ ki, bundan yaxşısını heç kim fikirləşməyib. Mənə belə gəlir

Tarix
2014.05.23 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla