Görkəmli sənətkarlar haqqında tez-tez deyirik: "Hətta
əgər bütün ömrü boyu bircə əsər (tablo, ariya) yazsaydı (çəksəydi,
bəstələsəydi) belə ona abidə ucaltmağa dəyərdi".
Ancaq axı gerçəkdən də yalnız bir əsəri sayəsində məşhurlaşmış
yazıçılar o qədər də az deyil. Əslində, əlbəttə, onlar nə isə
yazıblar, haradasa çap olunublar. Ancaq bu "nə isə" yalnız onların
yaradıcılıqlarının tədqiqatçılarına və mütəxəssislərə məlumdur.
Uğurlu, məşhurlaşmış əsəri isə yalnız bircə dənədir.
"Axar.az" yalnız bir əsəri ilə tanınmış yeddi belə yazarı
oxucularına təqdim edir.
Marqeret Mitçel

Siyahımızı
Marqeret Mitçel
və onun ölməz əsəri "Küləklə
sovrulanlar"la açırıq. Milyonlarla tiraj, 70 dəfə təkrar nəşr, 37
dilə tərcümə, Pulitser mükafatı, 8 Oskar mükafatı almış film –
yalnız bir əsərin müəllifi üçün heç də pis deyil. Mitçel jurnalist
idi və yazıçı olmaq haqqında heç fikirləşmirdi. Ancaq topuğundan
aldığı zədə müxbir kimi işləməsini mümkünsüz edir və Marqaret bir
sıra natamam, sistemsiz yazılar yazmağa başlayır, sonra isə həyat
yoldaşının təkidi ilə bir neçə il bu yazları qaydaya salaraq
yenidən işləyir.

Şota Rustaveli
Siyahımızdakı növbəti müəllif gürcü şairi Şota
Rustaveli və onun "Pələng dərisi geymiş pəhləvan"
əsəridir. Dünyanın bir çox xalqlarının həqiqətən də heyvan dərisi
geydiyi bir vaxtda – XII əsrdə yazılmış bu poema mürəkkəb metoforik
süjetlərin, dəyərli ideyaların, aforizmlərin, dramatik
münasibətlərin və on altı hecalı şeir ölçüsünün sintezindən
ibarətdir. Rustavelinin əsərini çox vaxt "Faust" və "Hamlet"lə,
eləcə də xalq eposları ilə müqayisə edirlər.
Müəllifin özünün taleyi çox qaranlıqdır. Yalnız o məlumdur ki,
hökmdar Tamara həyatının məhəbəti olub və onun ölümündən sonra şair
Yerusəlimə qaçıb və orada da vəfat etdib.
Fransua Rable
Məşhur
fransız yazıçısı Fransua Rable XVI əsrdə yaşayıb.
Öz dövrünün öğlu olan yazıçı müalicə işi ilə məşğul olurdu. Bundan
başqa "köçəri" rahiblik və arxeoloq kimi də fəaliyyət göstərmişdi.
Təbiət elmlərinə marağı var idi. Lakin Rable hər şeydən əvvəl,
əlbəttə ki, yazıçı-satirik idi. Rable cəmi bir əsər yazıb:
"Qarqantua və Pantaqruel". Qeyd edək ki, əsər beş kitabdan
ibarətdir. Sözsüz ki, Rable həm cəsarətli və həm də yumor hissinə
malik bir insan idi. Kitabda insani qüsurlar, onun nöqsanları gülüş
hədəfinə çevrilib. Bu xüsusiyyətlər XVI əsrdən bugünədək o qədər də
dəyişməyib, elə ona görə də "Qarqantua və Pantaqruel" əsəri
indiyədək dünyanın hər yerində nəşr olunur.
Qriboyedov
Aleksandr
Sergeyeviç Qriboyedov yazdığı yeganə pyes – "Ağıldan bəla"
əsəri ilə hələ məktəbdən hər birimizə məlumdur. Qriboyedovun ədəbi
təcrübəsi var idi, o, digər müəlliflərlə birgə kiçik ədəbi parodiya
və satirik pyeslər yazırdı. Lakin bütün bunlar həvəskarlıq, hobbi
çərçivəsindən kənara çıxmırdı. Xatırladaq ki, Qriboyedov peşəkar
ədəbiyyatçı deyil, diplomat idi. Qabaqcadan heç kim deyə bilməzdi
ki, həvəskar filoloji məşğələlərdən "Ağıldan bəla" kimi bir şedevr
yarada bilər. Ancaq budur, yaranıb.
Nikolay
Ostrovski

Nikolay Ostrovski
çox məşhur sovet yazıçısı idi.
Onun yeganə romanı olan "Polad necə bərkidi" əsəri sovet dövlətinin
yaranması və gənclərin bu işdəki rolundan bəhs edir. Bu əsər on
illər boyunca məktəb proqramlarında yer alıb. Roman əsasında film
çəkilib. Müəllifin isə özü hələ sağlığında Lenin ordeni ilə təltif
edilib. Ostrovski çox xəstə, iflic vəziyyətində və kor idi.
Oxucuları onun ədəbi məharətindən daha çox yazıçının dözümlülüyü,
inadkarlığı heyran qoymuşdu. Müəllifin həyatı romanının ən realist
illüstrasiyasına çevrilmişdi.
Nekrasov
Andrey Sergeyeviç Nekrasovun qəhrəmanı -
gülməli və sevimli Vrungeli kim tanımır? Bəlkə də çoxları bilmir
ki, Nekrasov peşəkar yazıçı olmayıb. O özünün iş həyatına
balıqtutan şxunda (iki və ya üç dorlu yelkənli gəmi – tərc)
dənizçiliklə başlayıb, Uzaq Şərqdə yüksək rütbəyədək qalxıb,
partiya işçisi olub, 1941-ci ildə Qərb cəbhəsində sıravi əsgər
olub, sonra isə cəbhə qəzetində işləyib. Əlqərəz, onun yaradıcılığı
tamamilə dövrünün əhvali-ruhiyyəsində idi. Andrey Hekrasov başqa
müəlliflərlə birlikdə bir neçə hekayələr toplusu buraxıb ki, bunlar
yalnız mütəxəssislərə məlumdur. Bizə, sadə oxuculara isə yalnız bir
əsər – Nekrasovun şən və xeyirxah "Kapitan Vrungelin macəraları"
kitabı məlumdur.
Harper Li
Harper
Li – Amerika yazıçısı, kult romanı kimi tanınan
"Masqaraçını öldürmək" əsərinin müəllifi. Yazıçı bu əsərə görə
Pulitser mükafatına layiq görülüb. Kitabın ümumi tirajı 30 milyon
nüsxədir və bu əsər yüzilliyin ən yaxşı romanları siyahısına daxil
olub. Halbuki ona qədər Linin yaradıcılıq anbarında adlarını heç
yerdə tapa bilməyəcəyimiz cəmi bir-neçə hekayə var idi. Gələcək
yazıçı əvvəllər aviaşirkətdə işləyir, ancaq özünü ədəbiyyata həsr
etmək arzusu ilə yaşayırdı. Li özünün debütündən sonra etiraf edib
ki, bu müvəffəqiyyətdən elə çaş-baş qalıb ki, bundan sonra sadəcə
ayrı işlə məşğul ola bilməz.