Yuxarı

Göyçayda şairin adı ədəbiləşdirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda şairin adı ədəbiləşdirildi

Göyçay şəhərində küçələrdən birinə şair, publisist İbrahim Göyçaylının adı verilib. Əliheydər Qarayev adına olan küçə bu gündən etibarən şairin adını daşıyacaq.

Şairin qızı Sevinc Əsgərovanın Axar.az-a bildirdiyinə görə, ailəsinin ardıcıl olaraq etdiyi müraciətlərə Göyçay Rayon İcra Hakimiyyətində müsbət yanaşıblar.

Qeyd edək ki, İbrahim Məhəmməd oğlu Əsgərov 1936-cı il noyabrın 12-də Göyçayda anadan olub. Təhsilini Göyçay şəhəri 4№-li məktəbdə alıb. 1958-ci ildə ADU-nin filalogiya fakultəsini bitirib.

Əmək fəaliyyətinə "Avtomobil nəqliyyatçısı" qəzetində müxbir kimi başlayıb, "Xəzər kommunisti" redaksiyasinda ədəbi işçi, Azərnəşrdə redaktor, "Mədəni Ticarət" və ya "Zakulturnaya Torqovlya" qəzetində baş redaktor işləyib. 1970-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində şöbə müdiri və baş redaktor müavini vəzifəsində çalışıb.

1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

İbrahim Göyçaylı "Dalğalar qoynunda", " Yadigar sözlər", "Gözlərinin işığında", "Qərənfil işığı", "Qoymayın qızları kədərlənməyə", "Uzaq haraylara isinmir ürək", "Ümiddən uzun gecə", "Vaxt soruşsa", "Lirika", "Ulduzlar nədən danışır", "Yaşadığım bu dünya", "Fikrimin sabahı", "Ömrümüz su kimi" kitablarının müəllifidir. Şairin Rusiyada, Gürcüstanda, İranda kitabları çap olunub. Onun şeirlərinə yüzdən yuxarı mahnı bəstələnib. Dünya xalqları ədəbiyyatından etdiyi tərcümələr bu gün də radio dalğalarında səsləndirilir. O, ömrü boyu Azərbaycan ədəbiyyatının təbliğatçısı olub.

Əməkdar Mədəniyyət işçisi İbrahim Göyçaylı 2007-ci il fevralın 24-də dünyasını dəyişib və Göyçayda torpağa tapşırılıb.

Tarix
2014.06.04 / 01:27
Müəllif
Fatimə İbrahim
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla