Telefonsuz qalmaq qorxusu...
02:12
Ana səhifə Kult |
YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz qalıb. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib.
Kult.az xəbər verir ki, baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.
Səsvermənin növbəti mərhələsi sabah keçiriləcək. Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq. Qələbə qazanan namizəd YUNESKO-nun baş direktoru vəzifəsinə bu təşkilatın baş konfransının 33-cü sessiyasında təsdiqlənəcək.
Tarix
2017.10.09 / 22:49
|
Müəllif
Kult.az
|