Yuxarı

“Küsəndə yoldaşımın karikaturasını çəkirəm...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Küsəndə yoldaşımın karikaturasını çəkirəm...”

"Bakılı oğlanlar" komandasının və Azərbaycan Karikaturaçı Rəssamlar birliyinin üzvü, "Humay" milli mükafatının qalibi Bəhram Bağırzadə Axar.az-ın qonağıdır. Onunla müsahibəni təqdim edirik.

23 filmə çəkilmişəm

- 1994-cü ildə İncəsənət Universitenin teatr rejissoru fakültəsini bitirmisiniz. Necə oldu ki, Bəhram Bağırzadə teatr rejissoru deyil, məhz aktyor oldu?

- Sadəcə, belə alındı və alınmalı idi də. Artıq universitetin 2-ci kursunda olanda KVN-də oynayırdım. 4-cü kursda oxuyanda Fikrət Əliyev məni "Yuxu" filminə dəvət etdi. Ondan sonra da, aktyorluq fəaliyyətim başladı. Bu günə qədər saysız-hesabsız KVN tamaşalarında oynamışam və 23 filmə çəkilmişəm.

- 2006-cı ildən bu yana hər hansı bir dahinin karikaturasını çəkmisiniz?

- İndiyə qədər heç kimin karikaturasını çəkməmişəm. Ümumiyyətlə, mən məişət problemlərini çəkirəm və məni cəlb eləyən, yandıran, məni daxilən silkələyən Bakı mövzusudur, Bakının problemləridir.

- Çəkməli olsaydınız kimi çəkərdiniz?

- Çəksəm, yalnız özümü çəkərəm.

- Sizcə sevginin karikaturasını çəkmək mümkündür?

- Sevgi deyəndə, mən həyat yoldaşıımı düşünürəm. Hərdən elə olur ki, nəsə düz gəlməyəndə, otururam axşam vaxtı və başlayıram onun karikaturasını çəkməyə. O da gülür və problemlər həll olunur.

Bir çox mükafatlar almışam

- Bir neçə il bundan öncə kitab nominasiyasında "Humay" milli mükafatına layiq görülmüsünüz. Mümkündürsə, bir az bu haqda danışaq.

- Bu, Bakı haqqında "Qorod moyey molodosti" adlı bir kitab idi. Tanınmış bakılılar və Bakı sakinləri orda çıxış etdilər və öz gənc illərindən danışdılar. Kitab satışa qoyuldu və həmin ilin ən çox satılan kitabı oldu. Mən isə ideya müəllifi kimi mükafat aldım. İnanın bundan əlavə, bu vaxta qədər bir çox mükafat almışam. Medalım da olub, KVN-də kubok sahibi olmuşam, üzgüçülükdən almışam və sair sahələrdə. Lakin kitabla bağlı mükafat almaq, mənim üçün ən dəyərlidir və özümü həmin gün Rəşid Behbudov teatrının səhnəsində ən xoşbəxt insan hiss edirdim. Düşünürdüm ki, dünyasını dəyişən müəllimlərim o dünyada sevinirlər.

Artıq özüm-özümə fəxri adı vermişəm..

- İncəsənət aləmində çoxlu uğurlarınız olub. Dövlət tərəfindən hansı fəxri adı gözləyirsiniz?

- Bilirsiniz, mən artıq özüm-özümə o fəxri adı vermişəm. Allahın bəndəsi... ondan gözəl fəxri ad ola bilməz həyatda.

- Eşitdik hansısa filmə təklif almışınız...

- Bu yaxınlarda Emil Quliyevin iki filminə çəkilmişəm.

- Filmlər necə adlanır?

- Biri "Ümid", digəri isə "Lal skripka" adlanır. Yaxın gələcək də, inşallah Fransaya yola düşürəm. Qismət olsa, Fransanın istehsal etdiyi məmulatı reklam edəcəyəm və yeganə azərbaycanlıyam ki, xarici reklama çəkiləcəm.

5 il heç bir filmə çəkilmədim

- 10 il bundan öncə "Bakılı oğlanlar" və "Bu şəhərdə" komandası "Məhəllə" adlı filmə möhür vurdular. Nədənsə həmin filmdə Bəhram Bağırzadə rol almamışdı. "Bakılı oğlanlar" deyəndə, ilk öncə insanların nəzərinə, ilk üçlük gəlir. Bəhram Bağırzadə, Cabir və Tahir İmanov qardaşları. Sizin bu filmdə olmamağınız birmənalı qarşılanmadı. Sizi həmin filmə dəvət etmədilər, yoxsa dəvət edilər, özünüz razı olmadınız?

- Mən o vaxt sənətdən uzaq idim. Ailə qurandan sonra, 5 il heç bir filmə çəkilmədim. Həmin illəri mən sənətdən uzaqlaşmışdım. Çox yorğun idim. Çox şükür ki, yenidən fəaliyyətə başladım və bu yaxınlarda Tahir İmanov yeni bir film çəkəcək, mən də həmin filmə dəvət almışam.

- Filmin mövzusunu bilmək olarmı?

- Hələ dəqiq heç nə bilmirəm. Bildiyim sadəcə, rejissorun adıdır.

- Bildiyimiz kimi, futbol üzrə dünya çempionatı keçirilir. Futbola münasibətiniz necədir və hansı komandaya azarkeşlik edirsiniz?

- Futbolu uşaqlıqdan sevirəm. Elə indi də yuxuluyam, gecələr oturub futbola baxıram. Almaniya yığmasına azərkeşlik edirəm. Ümumiyyətlə Almaniyada istehsal olunan texnikanı, avtomobili, onların təhsil sistemi, dövlət quruluşunu - hamısını çox bəyənirəm. İndidən deyə bilərəm ki, futbol üzrə ilk üçlüyə Almaniya düşəcək.

- Azərbaycanda futbolun səviyyəsi hansı yerdədir?

- (Gülür…) Artıq Ramazan ayı gəlib, hər kəsin əhval-ruhiyyəsi yaxşıdır. Bu suala cavab verərək insanların əhvalını pozmaq istəmirəm…

- Artıq yay fəslidir, bir çoxları istirahət etməyə üstünlük verir. Bəhram Bağırzadə necə, səyahət fikri varmı?

- Açığı, artıq neçə ildir, yay ayı Ramazan ayına düşür deyə, heç nə ilə məşğul olmuram. Həmin ay da mən yalnız və yalnız ibadətlə məşğul oluram. Bir ayı oruc tutacam. Ola bilsin ki, sonra Azərbaycanın hansısa gözəl güşəsinə gedək ailəmlə. Və onu da qeyd edim ki, Fransaya çəkilişə gedəcəm. İnanın, mən çəkilişlərdə dincəlirəm.

Tarix
2014.06.23 / 13:10
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla