Yuxarı

Meriyadan Tahir İmanovun “reklam qadağası”na cavab gəldi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meriyadan Tahir İmanovun “reklam qadağası”na cavab gəldi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidməti Tahir İmanovun reklam yasağıyla bağlı "Axar.az"a dediklərini təkzib etdi.

"Planet parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov "Axar.az"a müsahibəsində dəfələrlə müraciət etmələrinə baxmayaraq, reklam bannerlərinin asılmasına Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsindən "yox" cavabının verildiyini bildirib.

Teatr rəhbəri bunu tamaşalarında BŞİH başçısı Hacıbala Abutalıbovu parodiya etməkləri ilə əlaqələndirib:

"Onlar bizə kobud şəkildə "yox" deyirlər. Əslində, biz bunun səbəbini bilirik; səbəb bizim Hacıbala müəllimi parodiya etməyimizdir. Onlar açıq deməsələr də, hərəkətləri ilə "siz parodiya etməyin, biz reklamınızı asaq" deyirlər. Biz buna, sadəcə, təzyiq deyirik. Eləməyin, edək! Parodiya eləmisiniz, icazə vermirik".

Tahir İmanovun söylədiyi problemə münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əlaqə yaratdıq. Adını açıqlamaq istəməyən idarə rəsmisi rəhbərliyin ezamiyyətdə olduğunu əsas gətirərək, sualımızı cavablandırmaqdan imtina etdi.

BŞİH mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova isə "Axar.az"a açıqlamasında Tahir İmanovun reklam qadağasıyla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirdi:

"Tahir İmanovun sizə nə deyib-demədiyini bilmirəm, amma biz belə gülünc göstəriş verə bilmərik".

Tarix
2013.11.25 / 13:48
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla