Yuxarı

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hippokrat andının münafiqləri… Əlbəttə, çoxu nasizmin qılıncı altında işləsə də, aralarında könüllü, “ali irq” prinsipi uğrunda minlərlə insanın ölümündə günahkar olanlar da var. Əsir düşərgələrində, xüsusi laboratoriyalarda kütləvi ölümlərə, işgəncələrə məruz qalan əsirlər üçün həkim xilasedici yox, ölüm mələyi idi.

Kult.az nasist həkimlər haqda yazını təqdim edir:

Klaus Şillinq (1871-1946)

Təqaüdçü həkim Klaus Şillinq İkinci Dünya müharibəsi başlayanda orduda xidmət etmək üçün yenidən dəvət edildi. O, malyariya xəstəliyinə çarə tapmaq üçün Daxau həbs düşərgəsinə göndərildi. Doktor Şillinqin polyak məhbusların üzərində apardığı təcrübələr nəticəsində minlərlə insan iflic oldu, ağrı-acıyla öldü.

O, 1946-da Nürnberq məhkəməsi tərəfindən mühakimə olundu və 74 yaşında edam edildi.

Qeyd edək ki, azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov da Daxu həbs düşərgəsində saxlanılıb.

Yevqeni Fişer (1874-1967)

Əsir düşərgələrinin yaradılmasında xüsusi rolu olmuş, Hitlerin “ali irq” prinsipini dəstəkləyən və bu prinsipi sübut etmək üçün bir çox təcrübə aparmış “ölüm mələkləri”ndən biri.

Cənub-qərbi Afrikada yaratdığı düşərgədə əsirlər üzərində dəhşətli təcrübələr aparmış Fişer düşünürdü ki, ali irq var və başqa insanların vəzifəsi bu irqin yaşaması üçün xidmət etməkdir. Onlar düşüncədən azad olmalı, işləməli və lazım gəldikdə ölməlidirlər.

Fişer haqda Hitlerin “Mənim mübarizəm” kitabında qeydləri var. O, “nasistlərin qızılı” adlanırdı. Maraqlıdır ki, Fişer məsuliyyətə cəlb olunmadı və 93 yaşında öz əcəliylə vəfat etdi.

Enno Lollinq (1888-1945)

Enno Lollinq əsirlərə nömrəli döymə vururdu. Amma onu məcbur edirdilər… Həmişə başı üstdə nasist zabitləri olurdu. Bir çox təcrübədə məcbur iştirak etsə də, vicdanı əməlinə dözə bilmirdi. Və o, bir gecə intihar etdi…

Xubertus Struxold (1898-1986)

Ona “kosmik tibbin atası” deyirdilər, NASA-nın əfsanələrindəndir. Struxold müharibədən sonra Texasa köçür və ömrünün sonuna qədər orada yaşayır. NASA-nın bir çox layihəsində iştirak etsə də, İkinci Dünya müharibəsi tarixinə ən qəddar adamlardan biri kimi yazılıb. Onun etdiyi amansız təcrübələrdən sonra kütləvi ölümlər başladı. Xubertusun xüsusilə insanları donduraraq gələcəyə saxlamaq uğrunda etdiyi təcrübələr minlərlə əsirin ölümünə səbəb olub.

Yoaxim Mruqovski (1905-1948)

Nasist düşərgələrində, döyüş bölgələrində “cəsəd dağları” yaranmışdı. Ölü insanlar, heyvanlar… Zaman keçdikcə iylənən meyitlər yoluxucu xəstəliklərin də yayılması üçün əlverişli şərait yaradırdı. Nasistlər öldürməklə yanaşı, təmizlik işlərində də həssas idilər. Onlar torpağı “fırçalamaq” üçün Yoaximə müraciət etdilər. Doktor Yoaxim ölüləri “itirmək” üçün məmnuniyyətlə razılıq verdi və hazırladığı xüsusi turşu vasitəsilə cəsədləri məhv etməyə başladı. Bir az sonra doktor qərar verdi ki, bir işi iki etməsin. Əsirləri elə canlı-canlı məhv etsin. Minlərlə ölümdə əli olan Yoaximə bu barədə heç kim əmr vermirdi, o, xüsusi amansızlıqla öldürdüyü əsirlərin ölümə layiq olduğunu düşünürdü. Yoaxim dünyanı ali irq üçün təmizləməyi özünə şərəf bilirdi.

O, 1948-də Landsberq-na-Lexe həbsxanasında edam edilib.

Cozef Menqele (1911-1979)

Ən mühüm hitlerçilərdən biri. Menqele “ölüm mələyi” ləqəbiylə məşhur idi. Onun adı daha çox Auşvitz həbs düşərgəsindəki məhbuslar üzərində apardığı qəddar sınaqlarda hallanır. Bu təcrübələrdən sonra məhbuslar ya ölürdülər, ya da şikəst olurdular.

O, germen genindən olmayan insanlara nifrət edir və onları öldürməkdən xüsusi həzz alırdı. Menqele müharibədən sonra Buenos-Ayresə qaçır. Bir müddət Paraqvayda, daha sonra Braziliyada gizlənir. Lakin bu qaç-qov yaşlı “ölüm mələyi”ini əldən salır. O, stressdən iflic olur və 1979-da Braziliyada ölür.

Herta Oberxoyzer (1911-1978)

Kütləvi ölümlərdə təkcə kişi həkimlərin yox, həm də qadınların xüsusi rolu olub. Qəddarlıqda bərabəri olmayan Herta Ravensbrük qadın həbs düşərgəsindəki fəaliyyəti boyunca xüsusi amansızlıqla minlərlə insan öldürüb. O, insan qəddarlığının ən böyük nümunələrindən biri idi.

Belə ki, uşaqların və qadınların yaralarına duz səpirdi, şüşə parçaları, xüsusi bakterik maddələr tökürdü. Və bu işgəncələrdən həzz alırdı.

O, təcrübə məqsədiylə əsirlərin damarına benzin, yağ vururdu. Ölü qadınların, uşaqların meyitlərini yarıb, orqanları üzərində yenidən sınaqlar aparırdı. Oberxoyzer bu cinayətlərinə baxmayaraq, sadəcə, 20 il həbs cəzasına məhkum edilmişdi.

Albert Vidmann (1912-1986)

Nasist evtanaziya komissiyasının ən nüfuzlu adlarından biri. Albert Vidmann kimyəvi qazların istifadəsində aktiv rol oynayan ən əhəmiyyətli həkimlərdən idi.

Xüsusilə, qaz otaqlarından məsul olan Vidmann bundan başqa icad etdiyi zəhərlərlə öldürmə metodlarını sınaqdan keçirirdi. Vidmann əsirlərin üzərində dəhşətli təcrübələr aparırdı. Məsələn: rusiyalı ruhi xəstələri iki hissəyə bölüb kütləvi qırğın silahlarının istifadəsi zamanı hansı materialdan hazırlanmış bunkerin daha dözümlü olacağını sınaqdan keçirmək üçün ayrı-ayrı bunkerlərə salmışdı. Sonra növbə ilə bunkerlərə kütləvi və kimyəvi qırğın silahı tətbiq etmişdi.

Bu cinayətlərinə baxmayaraq, məhkəmə ona altı il iş kəsmişdi

Hans Eyzele (1913-1967)

Hans Eyzele o qədər xeyirxah, faydalı insan idi ki, ona hamı “mələk” deyirdi. Müharibə başlayandan sonra Hans dönüb “ölüm mələyi” oldu.

Buhenvald həbs düşərgəsində xidmət edən Hans radikal kommunistlər üzərində ağılagəlməz təcrübələr aparırdı. O, radikal əsirləri sianidlə zəhərləyirdi. Laboratoriya şəraitində hazırlanmış narkotik tərkibli dərmanların tətbiqindən sonra əsirlərdə asılılıq yaranırdı. Hans əsirləri elə bir vəziyyətə gətirirdi ki, onlar dəli olurdular, əl-ayaqlarını çeynəyirdilər.

Lakin nasistlərin məğlubiyyətindən sonra o, Misirə qaçdı və başqa adla ömrünün sonuna kimi orada yaşadı.

Tarix
2018.01.27 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla