Yuxarı

Qızını erməniyə verən diaspor sədri: Arvadım da... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızını erməniyə verən diaspor sədri: Arvadım da... - Video

Bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.

Məsələnin nə dərəcədə doğru olmasını öyrənmək üçün Ağadadaş Kərimovla əlaqə saxladıq.

Diaspor sədrinin Real TV-yə verdiyi açıqlamaya görə, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşman deyil:

"Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”, – deyə Ağadadaş Kərimov bildirib.

O deyir ki, 35 ildən çoxdur Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin tez-tez Azərbaycana gedirlər.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. Toydan fotolar sosial şəbəkələrdə yayılıb.

Saytlar toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğunu desə də, Ağadadaş Kərimov bunu inkar edir. Deyir ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub.

Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Tarix
2018.05.05 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla