Ana səhifə Kult |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin MakDonax Festivalına dəvət alıb.
Axar.az xəbər verir ki, teatrın kollektivi oktyabrın 7-dən 14-dək davam edəcək festivalda "Lineynin trilogiyası"na daxil olan "Yalqız Qərb" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.
Qeyd edək ki, quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edəcəklər.
Xatırladaq ki, "XXI əsrin əsas dramaturqu", "Müasir səhnənin möcüzəsi" və digər ləqəblərə malik Martin Makdonaxın da iştirakının nəzərdə tutulduğu festivalda həmçinin Moskva Bədaye Teatrı (Moskva), Sankt-Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Perm, Bosniya və Herseqovina, Çexiya, Polşa və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.
Tarix
2014.09.27 / 02:01
|
Müəllif
Nilufər Muğantürk
|