Yuxarı

Hökümə onları arxaya keçirib, özü önə getdi - Sərnişin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demək olar ki, Qroznıya eniş etməyə hazırlaşırdıq. Şəhər açıq şəkildə görünürdü. Lakin eniş etməyə icazə vermədilər.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Aktau şəhərində qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri deyib.

O, Aktauya hansı səbəbdən uçduqlarını bilmədiyini qeyd edib:

“Təyyarə yerə çırpılan kimi zərbənin təsirindən iki hissəyə bölündü. Biz - sağ qalanlar arxa hissədən çıxdıq. Həlak olanlar arasında tanınmaz halda olanlar da var. Quşla toqquşmasını və ya vurulmasını hiss etmədik. Çeçenistana ilk dəfə dostlarımın yanına gedirdim”.

Həmin şəxs stüardessa Hökumə Əliyeva ilə bağlı danışıb:

“Qəza nəticəsində həlak olan stüardessa Hökumə xanım sanki öləcəyini hiss etmişdi. Təyyarədə Zülfüqar adlı bəylə bir xanımı arxaya keçirib, özü önə getdi. Hər kəsə təsəlli verir, təmkinli olmağa çağırırdı. Son ana qədər hər şeyin yaxşı olacağını deyirdi. Hökümə xanım arxada dayanmadı, önə getdi. İrəli getməsə, o da sağ qala bilərdi”.

Tarix
2024.12.26 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

Hacıyev ABŞ-da sülh gündəliyi ilə bağlı müzakirələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla