Yuxarı

Azərbaycan səfiri Rusiya xalqına təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səfiri Rusiya xalqına təşəkkür etdi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan sərnişin təyyarəsinin faciəvi qəzası ilə əlaqədar başsağlığı verən Rusiya hakimiyyət nümayəndələrinə, ictimaiyyətinə və sakinlərinə təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, səfir bu fikirləri Leninqrad vilayətində keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Sankt-Peterburqda KİV nümayəndələri ilə görüşdə səsləndirib.

Görüş zamanı Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını baş vermiş faciə ilə əlaqədar ləğv etmək məcburiyyətində qaldığını qeyd edib.

“Prezident geri dönməli oldu. Prezidentin təyyarəsi havada geri dönərək Bakıya qayıtdı, bundan sonra hadisə ilə bağlı müşavirə keçirildi. Xüsusi komissiya yaradılıb, faciənin başvermə şəraiti araşdırılır. Ölkədə bir günlük matəm elan edilib”, - səfir bildirib.

Tarix
2024.12.26 / 11:34
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla