Yuxarı

Rusiyanın tanınmış müğənniləri Bakıya gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova Bakıda konsert verəcək.

Report xəbər verir ki, bu barədə “Dosso Dossi”nin baş direktoru Hikmət Əraslan məlumat verib.

Onun sözlərinə görə, konsert proqramı “Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində “Enerji Club”da baş tutacaq.

H.Əraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət - bir millət” konsepsiyasına öz töhfəsini verərək Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmləndirəcək”.

Qeyd edək ki, sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirilir. “Flame Towers” hotelinin “Balo” zalında keçirilən sərgidə Türkiyənin 40 tekstil şirkəti öz məhsullarını nümayiş etdirir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdansatış nümayəndələrini bir araya gətirir.

Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsidir.

Tarix
2018.09.17 / 18:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla