Yuxarı

Uşaq yazarlarımızın uğuru

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq yazarlarımızın uğuru

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Uşaq Kitabı Şurasının 34-cü konqresində iştirakı ilə əlaqədar "İBBY-də ilk addımlarımız" adlı dəyirmi masa keçirib.

Axar.az xəbər verir ki, dəyirmi masada uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Qəşəm İsabəyli, Şərq-Qərb Nəşriyyat Evinin rəssamı Tağıyeva Məziyə və kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbiri keçirməkdə əsas məqsəd Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının konqres materialları ilə uşaq ədəbiyyatı sahəsində çalışanları tanış etmək, müasir dünya uşaq ədəbiyyatında hansı meyarların üstün olması ilə bağlı onları maarifləndirmək idi.

Tədbirin açılışında iştirakçılar "İBBY-nin Azərbaycan bölməsi" çarxlı foto-slaydlara baxıb. Sonra kitabxananın direktoru Şəhla Qəmbərova qonaqlara Beynəlxalq Uşaq Kitabı Şurasının Mexiko şəhərində keçirilən konqresi haqqında geniş məlumat verib və Azərbaycandan Andersen qızıl medalına ilk nominant olan uşaq yazıçısı Sevinc Nuruqızıya "Aysu və Ay" və "Ağca və Cubbulu" kitablarına görə İBBY-nin diplomunu təqdim edib.

Konqresin Qəşəm İsabəyliyə "Cin" uşaq əsərinə və nəşriyyat olaraq "Şirvannəşr"ə verdiyi sertifikatı da ünvanına çatdırılıb.

Daha sonra elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova da öz təəssuratlarını tədbir iştirakçıları ilə bölüşüb və bildirib ki, Beynəlxalq Uşaq Kitabı Şurasının Azərbaycan Milli bölməsinin Andersen qızıl medalına verdiyi namizəd - Sevinc Nuruqızı haqqında olan məlumatlar və kitablar nominantlar sərgisində genis yer alıb və rəğbətlə qarşılanıb.

Dəyirmi masa iştirakçıları dünya uşaq ədəbiyyatı nümunələri əsasında tərtib olunmuş geniş sərgi ilə tanış olublar.

Tarix
2014.10.02 / 10:35
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla