Yuxarı

Azərbaycan rəssamlıq məktəbində bir ilk – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində "Pəri Miniatür"ün rəsm ve boyakarlıq kurslarına tələbə qəbulu başlayıb. Həftənin 3 günü (çərşənbə axşamı, cümə axşamı və şənbə günləri) veriləcək dərslərin, saat 10-12 və 14-16 olmaqla 2 fərqli grupda keçirilməsi planlaşdırılır. Təməl dərsləri başarı ilə tamamlayan tələbələrə daha sonra Şərq Miniatür sənətinin incəlikləri öyrədiləcək.

Avropa.info-ya açıqlama verən kursun rəhbəri, miniatürçü rəssam Pərnisə Əsgərova deyib ki, öncə kursun tələbələrinə rəssamlıq dərsləri keçiləcək. Bu tələbələr rəssamlıq sənətinin sirlərinə yiyələndikdən sonra sıralarından xüsusi bacarığı ilə seçilənlərə miniatür dərsləri öyrədiləcək. Rəssam qeyd edib ki, hər adam miniatür sənətinə yiyələnə bilmir: Onun üçün xüsusi bacarığı olanlara üstünlük veriləcək. Kursumuzun başlanğıc olaraq, başqa rəssamlıq kurslarından fərqlənmir. Lakin ilk olan bu kurslarda minaitür sənətinin öyrədilməsi olacaq".

P.Əsgərova deyib ki, bu miniatürlərdən xalqçalarımızın toxunmasında da məzmun olaraq istifadə etmək mümkündü: "Xalça ilə miniatürün fundamental sistemi oxşardır.

Qeyd edək ki, klassik ədəbiyyatda, Divan yaradıcılığında, Qurani-Kərimin əlyazmalarında miniatürlərdən geniş şəkildə istifadə olunub. Bu gün bu cür kitab çapı aradan çıxıb və nəşrlər modernləşib. Kitab nəşrində miniatrülərdən başqa hansı şəkildə istifadəsi mümkündürmü, sualına P.Əsgərova xanım cavab olaraq bildirib ki, qablarda, sümükdə, yarpaqda və s. miniatürlərdən istifadə edirlər, hətta düyünün üzərində miniatürlər lupa ilə çəkilir.

Rəssamlıq kursaları Sabail rayonu, Xaqani küçəsi, 22-də (Sahil metrosu, Rəssamlar İttifaqının yaxınlığı) yerləşir.

Tarix
2014.10.16 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla