Yuxarı

“Kamal Abdulla ölümün nüanslarını ortaya qoydu” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kamal Abdulla ölümün nüanslarını ortaya qoydu” - Foto

Tanınmış yazıçı Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan "Səsimdən yapış" tamaşasının premyerası keçirilib.

Axar.az xəbər verir ki, Yuğ Dövlət Teatrının səhnəsində premyerası keçirilən yeni tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, İrəvan Dövlət Dram Teatrının aktyorları Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova rol alıblar. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir.

"Bu gündən etibarən çox istedalı, böyük yazıçımız, həmmüasirimiz Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan "Səsimdən yapış" tamaşası teatrsevərlərin ixtiyarına verildi. Tamaşa çox incə, həyatı qədər vacib olan bir mövzuya - ölüm mövzusuna həsr olunub. Əlbəttə, bu məcazi mənadadır. Ölümü insanlar nə qədər qorxulu, nə qədər ağrılı, eyni zamanda, bir ayrılıq məqamı kimi qavrayırlarsa, məlum olur ki, Kamal Abdulla ölümün başqa yeni keyfiyyətlərini ortaya qoyub. Hesab edirəm ki, həyatımız üçün səmərəli olan bu mövzu haqqında insan həmişə düşünməlidir", - deyə quruluşçu rejissor Gümrah Ömər tamaşa haqqında danışarkən bildirib.

Tarix
2014.11.24 / 16:56
Müəllif
Nigar İsmayılqızı
Digər xəbərlər

İlham Əliyev Pakistan baş nazirinə də başsağlığı verdi

İlham Əliyev Szinpinə başsağlığı verdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla