Yuxarı

Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku Crystall Hall”da Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisinin açılış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, sərgi bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrə malik Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev ulu öndər Heydər Əliyevin rəssamlıq sənətinə həssas münasibətindən danışıb. Qeyd edib ki, Ümummilli Liderin qayğısı nəticəsində azərbaycanlı rəssamların adları nəinki SSRİ məkanında, həm də dünyada böyük hörmətlə qarşılanırdı. “Lakin bugünkü tədbir özünəməxsusluğu ilə fərqlənir. Çünki burada həm sərgi, həm də satış imkanlarını yaratmışıq. Nə yaxşı ki, bu işə Rəssamlar İttifaqının üzvləri çox fəallıqla qoşulublar. Paytaxt sakinlərinə bu şəkilləri əldə etmək üçün çox gözəl imkan yaranır. Sevindirici haldır ki, nümayiş olunan əsərlərin çoxu ilk dəfə sərgilənir”.

Nazir bildirib ki, sərgidə 250 rəssamın 350-dən çox əsəri nümayiş olunur. Belə sərgilər Azərbaycan cəmiyyətində yeni formalaşan yaradıcılıq sənayesinin inkişafına çox kömək edir.

Qısa zaman kəsiyində bu cür sərgi təşkil etməyin çətin iş olduğunu deyən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu tədbirin gələcəkdə beynəlxalq miqyas alacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərləri nümayiş olunur.

Ekspozisiyada XX əsrin 90-cı illərində müstəqilliyimiz şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər, həm də romantik əsərlər, Azərbaycan folkloru və miniatürlərlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar öz əksini tapır.

İyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Tarix
2019.06.15 / 01:20
Müəllif
Kult.az
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla