Yuxarı

Leyla Əliyeva tələbələrlə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:25

İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.

Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşüblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlandı, hər biri ilə şəkil çəkdirib. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara maraqlı və unudulmaz bir gün yaşadıb.

Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs edib.

Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Şənlikdə 200-yə yaxın uşaq iştirak edib.

***

İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.

İnstitutun kollektivi Leyla Əliyevaya bu tibb müəssisəsinə gəldiyinə görə minnətdarlığını bildirdi.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verdi ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü, balacalara hədiyyələr təqdim etdi.

Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bu institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur, burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. İnstitutda respublikanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislər və elmi işçilər hazırlanır. Yenidoğulanların 50 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə isə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. İnstitutda bir çox illər ərzində pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışıb. Bu tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.

Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kollektivə uğurlar arzuladı, burada müalicə olunanlara şəfa dilədi.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.

Leyla Əliyevaya körpələr evi haqqında məlumat verildi. Bildirildi ki, hazırda burada 3 yaşadək 16 uşaq var.

Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atıb. Fondun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yerlərdən birini tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində "Live Life" sərgisində olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.

Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu.

Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi "Live Life" sərgisi çərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.

İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu "Live Life" sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.

Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Live Life" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.

Tarix
2019.07.03 / 22:58
Müəllif
Kult.az
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla