Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Avqust 2019


Ekonun Kamal Abdullaya dediyi bu sözlər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə vaxtı İnstitutdan bizi Almaniya Demokratik Respublikasına göndərmişdilər. Berlində azərbaycanlı görəndə hamımız birdən “bizimkilər” deyə səslənirdik. Bir ay sonra qatarla Moskvaya dönəndə vağzalda azərbaycanlı görcək hansı şəhər və ya rayondan olduğumuzu soruşurdular. Artıq Moskva-Bakı qatarı Bakıya çataçatda biz qonşularımızla sözləşib ünvana birgə dönməyi qərarlaşdırırdıq.

Bəlkə də bu sadəlövh xatirə sizlərə adi gələr. Amma baxın: “bizimki”, “sizinki” deyə-deyə illəri yola salmışıq. Yenə də həminkiyik, dəyişməmişik! Doğmalara, yaxınlara yaxınlaşdıqca yenə də gözümüzdə hər şey adiləşir. Bir az kənara çəkildikcə, bizdən uzaqda olanların dəyərini, qədrini duyğularımızda, düşüncələrimizdə dolandıra-dolandıra götür-qoy edir, nizam tərəzisində adamların bizə münasibətlərini, bizim onlara münasibətlərimizi həm öz baxış bucağımızdan, həm də olduğumuz məkanın qayda-qanunları həndəvərində dəyərləndirməyə çalışırıq. Yad bir məkanda ətrafındakılarla ünsiyyətdə onların yaxşılarını gördükcə düşünürsən ki, bəs bizim kimimiz var, burda kimdən bəhs edim ki, mənə və xalqıma hörmətlə yanaşsınlar. Kimi, nəyi təqdim edim?

Bəli, beynəlxalq müstəviyə çıxaracaq kimlərimiz var? Kimləri deyib fəxr edək? Kimlər ulduz kimi uzaqdan parlaya bilir?

Elə hey bir istəklə irəliləyirsən ki, bu gün görəsən elimdən-obamdan nə xoş xəbər eşidəcəm?!

“1983-cü ildən tələbəsi olduğum ali təhsil ocağını da elimin-obamın bir parçası saymaq mənə düşər” desəm, yəqin haqq qazandırarsınız. Hər dəfə universitetin saytını xoş xəbər sorağında izlədikcə ötən dərs ilinin hər günü, hər anı bu yerlərdə mənə yoldaşlıq edir.

Buralara üz tutan kimi, bir-birinin ardınca xoş xəbərlər eşitdim: yazıçı Kamal Abdulla “Azərbaycan Xalq Yazıçısı” adına layiq görülüb və rektorumuz rektorlar arasında birinci sayılıb. Bu xəbər mənə yazıçı Anarla görüşündən hörmətli Kamal müəllimin bir arqumentini xatırlatdı: “Əgər tələbələr məni sevirsə, xoşbəxtəm”.
Bir dəfə də buralarda folklorçu bir alimlə söhbətdə “Kitabi-Dədə Qorqudu”muzu xatırladım. Həmin an bu misilsiz xəzinəmizin usanmaz araşdırıcısının “Sirriçində Dədə Qorqud”u köməyimə gəldi. Əsərlərini oxuduqca Kamal Abdullanın zaman çərçivəsini aşaraq keçmişə, bugünə və sabaha sezilmədən ayaq basdığının şahidi olmuşdum, indi də məkanı adlayıb əcnəbi alimlərlə söhbətimizə dəstək olduğunu hiss etdim. Yadıma Kamal müəllimin “Sehrbazlar dərəsi” kitabının rumınca tərcüməçisi xanım Lüdmila Bejenarunun onu Rumıniyada müasir dövrün fantast əsərlərinin şedevri adlandırması düşdü. Həmin görüşdə məndən böyük qarşısında danışmağın azərbaycanlısayağı utancaqlığını azacıq da olsa özümdən bir az uzaqlaşdırmaq qərarına gəldim və müəllifə “çox mükəmməl əsər oxudum” deyib, yaratdığı obrazların, istər şahın, istər cəlladın, istər qoca bir qarının canlı təsvirindən bəhs etdim.

Umberto Ekonun K.Abdulla ilə görüşdə yazıçıya “bu əsəri çimərlikdə oxumaq olmaz” dediyinə rəğmən, mən də onun yaratdığı dərviş obrazının gecə vaxtı çağırdığı ruhun, cəllad obrazının xatırladığı qanlı səhnələrin oxucunun xəyalında mütləq canlanacağını duyduğumdan, əsərin oxucusunun zamanın hüdudlarından çıxıb özünü o yerlərdə ən azı tamaşaçı kimi hiss edəcəyini yəqin etdiyimdən bildirdim ki, əsəri gecə də oxumaq olmaz. Müəllif isə Tolstoyun öz “Anna Karenina”sına adi baxdığını misal gətirib dedi ki, mən qeyri-adi heç nə yazmadım.

Amma Kamal müəllim digərlərindən təkcə yazıçı və alim kimi fərqlənmir. Ötən bahar 3 ay beynəlxalq əlaqələr şöbəsində çalışdığım zaman rektorumuzun güclü müşahidə qabiliyyətinin, hər səfirlə, hər əcnəbi müsafirlə sanki onun öz dilində danışdığının şahidi oldum. Masa ətrafında onun yanında oturacağımı bilsəm belə, bir böyük kimi hər dəfə müəllimdən “gəl, əyləş” sözlərini gözləyə-gözləyə, “Görəsən bu gün nə öyrənəcəm” deyə düşündüm. Kamal müəllimin hər görüşdə xalqımıza xas qonaqpərvərliyə bir incəsənət kimi yanaşdığını gördüm. Onun haqqında son xoş xəbəri də elə bu fonda düşüncələrimdə həzm etdim: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təltifi.

Əziz oxucular, mənimlə tanışsınızsa, fikirlərimi bəyan etməkdə heç bir təvəqqem olmadığını da bilərsiniz. Hörmətli akademik hələ 2000-ci ildə Slavyan Universitetinə rektor təyin olunanda böyük etimadla orada mənə vəzifə təklif edilmişdi. O zaman həm onun işə çox tələbkarlığı qarşısında hiss etdiyim hədsiz məsuliyyət, həm də doğma universitetimizə bağlılığım mənim əvəzimə öz sözünü demişdi. Bugünsə doğma universitetimizdə o məsuliyyəti birgə daşıyırıq. Demək istədiyim odur ki, gəlin uğurlara birgə sevinək, istedada, yaradıcılığa zamanca və məkanca bir az uzaqdan yanaşaq ki, səhvlər etməyək.

Bunu isə bacararıq. Axı biz böyük Nəsimidən dərs almışıq. Onu bizdən 6-7 əsr ayırır. Adını planetə də qoymuşuq.

P.S. Təəssüf ki, onun istedadı, fəlsəfi görüşləri qarşısında, ölməz ruhu qarşısında xəcaləti, ona hamılıqla tərəf çıxmadığımızın təəssüfünü hələ də yaşayırıq…

Tarix
2019.07.23 / 22:59
Müəllif
Fialə Abdullayeva
Şərhlər
Digər xəbərlər

Ukraynada soydaşımız dövlət ordeni ilə təltif edildi - Foto

Savçenko: Ukrayn dili Rusiyada yayılır

Dilənçi qadının şok dəyişimi - Video

“Maşın" şou bu tarixdə başlayacaq

Hacı Nuran xalq artistini əməliyyat etdirməyəcək?

Nəsimi soyularaq edam edilib, yoxsa... - Professor

“Survayvor”un qalibi Qəbələdən bunu paylaşdı - Foto

Özbək müğənnidən inanılmaz: Maqomayevə görə... - Foto

27 yaşlı Azərbaycan manatı

“Şairlər məqbərəsi” itlərin sığınacağına çevrilib

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla