Yuxarı

Nazir rusiyalı həmkarı ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul edib.

Kult.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Sverdlovsk vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini İvan Detçenya, vilayətin rəmzləri üzrə Qanunvericilik Komissiyasının sədri, deputat Mixail Zubarev və Sırset şəhər dairəsinin rəhbəri Dmitri Nikovski iştirak edib.

Əbülfəs Qarayev qonaqları salamlayaraq Azərbaycanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz Rusiyanın və dünyanın müxtəlif şəhərləri ilə mədəniyyət sahəsində müxtəlif layihələr reallaşdırır. Teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır.

Nazir ölkəmizin zəngin mədəniyyəti haqqında qonaqlara məlumat verib. Bildirib ki, ölkəmizdə mədəni irsin qorunması və təbliği istiqamətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət edib. Bildirib ki, 18 sentyabr - Milli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq. Festivalda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər iştirak edəcək.

Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykina səmimi qəbula görə nazirə minnətdarlığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyev bu gün Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən də Sverdlovsk vilayəti ilə əlaqələrin genişlənməsindən məmnunluq ifadə edilib: “Bu əlaqələr sırasında mədəniyyət sahəsinin də yer alması bizləri çox sevindirir. İstərdik ki, Azərbaycan xalqı bizi təkcə sənaye mərkəzi kimi deyil, həm də mədəniyyət mərkəzi olaraq tanısın. Bizim Azərbaycanla musiqi əlaqələrimiz həmişə olub və qarşılıqlı şəkildə bu sahədə əməkdaşlıq etmişik. Bu əlaqələri daha da genişləndirmək istəyirik. Bir neçə gün əvvəl “Yekaterinburq Ekspo” tədbirinin təntənəli açılışında Ural Akademik Filarmoniyasının orkestri ilə birgə Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko da səhnəyə çıxdılar. Tamaşaçılar onların çıxışlarını böyük sevgi və alqış ilə qarşıladılar”.

Rusiyalı nazir Azərbaycanla mədəni əlaqələrin genişlənməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri müzakirə edilib. Keçiriləcək görüşlərin, ustad dərslərinin bu münasibətlərin inkişafına təkan verəcəyi vurğulanıb.

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.09.11 / 18:27
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla