Yuxarı

Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə konsert təşkil olunub.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirdə çıxış edən səfir Dursun Həsənov konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixi barədə məlumat verən səfir deyib ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində xalqımız milli müstəqilliyinə qovuşub. Bildirib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, Azərbaycan dünya birliyində layiqli yerini tutub. Məhz Heydər Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində reallaşan irimiqyaslı neft və qaz layihələri - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz layihələri bu gün təkcə Azərbaycan xalqının deyil, qardaş gürcü xalqının da sosial rifah halının yaxşılaşmasına, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Diplomat qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz daha qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Bildirib ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, eləcə də Bakı-Tiflis-Qars layihələrinin nəinki Azərbaycanın, eləcə də bütövlükdə regionun inkişafında böyük rolu var. D.Həsənov Azərbaycan-Gürcüstan dostluğunun inkişafından söz açıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Sonra Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili çıxış edərək, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Qubernator ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin xidmətlərini xüsusi qeyd edib. O, regionda həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatının rəhbəri Tina Qogeliani, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Çıxış edənlər ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət və hökumət rəhbərlərinin rolunu vurğulayıblar.

Azərbaycandan gəlmiş “Natiq ritm qrupu” və musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqisi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.

Tamaşaçılar "Sarı gəlin" xalq mahnısını, Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, konserti izləmək üçün paytaxt Tiflis və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlmişdi.

Tarix
2019.10.21 / 23:01
Müəllif
Kult.az
Digər xəbərlər

Nikol ABŞ sərhədçilərini gətirdi – Kreml cavab verəcək!

Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək?

İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan

İran təhlükə görən kimi İrəvana zərbə endirəcək - Nahapetyan

Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Bakıda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

Trampın Bakı-İrəvan sülhünə nail olmaq fürsəti var

İrəvanın 90-cı ilin yanvar yalanı - Bakıdan cavab

Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla