Yuxarı

“Sirlərin sərgüzəşti” kitabı təqdim edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sirlərin sərgüzəşti” kitabı təqdim edildi - Foto

Bu gün Bakı Kitab Mərkəzində xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının imza günü və təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimat mərasiminə yazıçı və şairlər, tanınmış xadimlər, həmçinin media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqları salamlayaraq, müəllifin sayca 4-cü olan bu romanının çox maraqlı olduğunu qeyd edib və onu oxuculara tövsiyə edib.

Daha sonra çıxış edən yazıçı Səyyad Aran roman müəllifinin yaradıcılığının özünəməxsusluğundan danışaraq, onun Azərbaycan ədəbiyyatının zəngilləşməsində böyük rol oynadığını bildirib.

Yazıçı Şərif Ağayar “Sirlərin sərgüzəşti” romanını hələ çap edilməmiş oxuduğunu qeyd edib:

"Bu roman çapa getməmişdən qabaq telefonda oxumuşdum. Ədəbiyyatımızda müxtəlif insanlar tərəfindən bir çox roman yazılıb. Belə hesab edirəm ki, K.Abdullanın "Sirlərin sərgüzəşti" daha maraqlı və gözəl alınıb. Onun üslubu mənə çox maraqlı gəlir".

Sonda xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarına təşəkkür edərək, onların çoxsaylı suallarını cavablayıb və oxuculara imzalı kitablarını təqdim edib.

Qeyd edək ki, xalq yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı "Azərnəşr"də çap edilib.

Tarix
2019.12.02 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı yeni dəhliz yaradır, Tiflisə təsir edəcək?

İtaliya Azərbaycana görə AB-yə qarşı çıxdı

Bu, tammiqyaslı savaş olacaq: ABŞ İrana doğru nələr göndərir?

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla