Yuxarı

Tarix İnstitutunda Rəsulzadənin doğum günü anıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarix İnstitutunda Rəsulzadənin doğum günü anıldı

AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 136 illiyi qeyd olunub.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, tədbir çərçivəsində M.Ə.Rəsulzadəyə həsr olunan videoçarx nümayiş etdirilib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi olub:

“Onu anmaq Xalq Cümhuriyyətini anmaq deməkdir. Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.

Akademik bildirib ki, Xalq Cümhuriyyətinin baniləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərovdur:

“Bizim mövqeyimiz belədir ki, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı sevən, xalqa bağlı insanlar olub. Məsələn, Rəsulzadənin hökumətin başçısı olmaq imkanı vardı, amma o, bu işi Fətəli xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı vardı ki, parlamentə sədr olsun. Amma o, parlamentdə Müsavat fraksiyasına başçılıq etdi. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi təqdim etmək lazımdır”.

Elmi Şuranın iclasında tarixçi alimlər Natiq Məmmədzadə və Kamran İsmayılovun mövzu ilə əlaqədar məruzələri dinlənilib.

Bildiriblər ki, Cümhuriyyət qurucuları sayəsində müqəddəs Azərbaycan adı Şimali Azərbaycanın adında dövlət qurumu kimi qorunub saxlandı. Prezident İlham Əliyev Xalq Cümhuriyyəti, M.Ə.Rəsulzadə və Ə.Topçubaşovun yubileyləri haqqında müvafiq sərəncamlar verib, həmçinin Bakıda Cümhuriyyətin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılıb.

Tədbirdə qeyd olunub ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət tarixinə dair ikicildlik ensiklopediya, həmçinin çoxsaylı sanballı əsərlər nəşr edilib, dissertasiyalar yazılıb. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən Cümhuriyyət tarixinə dair onminlərlə arxiv sənədi gətirilib.

Tarix
2020.01.31 / 23:54
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla