Yuxarı

Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyants Azərbaycan dilinin qədimliyi ilə bağlı danışıb.

Kult.az xəbər verir ki, tədqiqatçı bununla bağlı araşdırma apararkən Azərbaycan dilinin həqiqətən qədim tarixini göstərən bir sıra faktlarla rastlaşdığını deyib.

“Mən həqiqətin tərəfindəyəm! Çoxları deyir ki, Azərbaycan dilini 20-ci əsrdə fikirləşiblər. Amma bu belə deyil. Gerasim Ezov (Əzizyan) adlı erməni müəllif var idi. O, “Birinci Pyotrun ermənilərlə qohumluğu” adlı əsər yazmışdı. Kitabda o, İran şahının Birinci Pyotra məktubunu tərcümə etmişdi. Bu məktub məni ona görə maraqlandırırdı ki, mən orada ermənilərlə bağlı qeydlər axtarırdım. Amma orda heç nə yox idi. Məktubda İranda yaşayan xristianlar barədə yazılmışdı. Bu məktubu şərh edən cənab Ezov hələ 1898-ci ildə yazır ki, nəyə görəsə bu əlyazma farsca deyil, qədim Azərbaycan dilində yazılıb. Deməli, 20-ci əsrə qədər yalnız Azərbaycan dili deyil, həm də qədim Azərbaycan dili olub. Maraqlıdır ki, bu barədə ermənilər də, Ezov kimi ermənipərəst tarixçilər də bilirdi. Ermənilər bu barədə artıq uzunçuluq etməyi dayandırmalıdır. Azərbaycan dili olub, ya olmayıb? Əlbəttə olub!

Mən sadə ermənilərə səslənirəm: kənardan səfeh kimi görünməmək üçün qarşınıza çıxan yalançı erməni tarixçilərinin yazılarına inanıb boş-boş danışmayın”, - Ekozyants bildirib.

Tarix
2020.02.21 / 17:08
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla