Yuxarı

Sezen Aksu xəstəxanalıq oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sezen Aksu xəstəxanalıq oldu

"Dünən səhər Sezen Aksunun biləyini qırdığını eşitdim, zəng vurub "Keçmiş olsun, nə edirsən", - deyə soruşdum".

Axar.az xəbər verir ki, bu sözləri köşə yazarı Cengiz Səmırçioğlu Hürriyyət qəzetinin saytında yazıb.

Sezen Aksu yazara belə cavab verib: "Evdə təkərli kresloda oradan-bura, buradan-ora uçuram".

"Mən biləyinin zədələndiyini bilirdim, demə, topuğu zədələnibmiş", - deyən yazar müğənninin dediklərini belə izah edib: "Evdə nərdivanları enərkən son pilləni görməyib addımını boşluğa atıb. Atan kimi də sağ topuğunda şaqqıltı eşidib. İki yerindən qırılıb topuğu, yaxşı ki, güclü qırıqlar deyil. Xəstəxanaya gedib gipsə salıblar ayağını, indi də evdə istirahət edir".

Sezenin bunu da əyləncəyə çevirə bildiyini deyən yazar evin bir başından o biri başına təkərli stulla hərəkət edən müğənninin yaşadıqlarını belə izah etdiyini yazıb: "Başımıza bu da gəldi, amma yenə də bir şey deyil, yaşadığımız hər anın kefini çıxarırıq, gülməyi, xoşbəxt olmağı unutma sən də... Ölkədə olub bitənlərə bax da... Yenə də yaxşı qurtardım, üzü üstə düşüb daha ağır yaralana bilərdim".

Sezenə bütün sevənləri adından "keçmiş olsun" dediyini yazan yazar müğənninin konsertlərini ləğv etmədiyini də yazıb: "Yeri gəlmişkən, konsertlərini ləğv etməyəcək, tarixlərdə dəyişiklik edəcək, səhnədə gipsli ayağı ilə seyr edəcəksiz Sezen Aksunu..."

Tarix
2015.02.25 / 11:56
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla