Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
29 Mart 2020


Bakıda dollar şoku: Türkiyəyə baxıb, xəcalət çəkirsinizmi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada yaşanan neft şoku dolların bahalaşmasını da gündəmə gətirib. Ancaq həyatda daha böyük şoklar var... Məsələn, insanın öz dövlətinin, millətinin taleyinə laqeydliyi.

Artıq bir neçə gündür ki, həmvətənlərimiz bir dəstə manatı götürüb düşüb bankların canına. Məqsəd dollar almaqdır. Təsəvvür edin, 100 manatı olan da dollar almaq istəyir. 5-10 manatdan ötrü avtobusa, metroya xərc çəkib gedib saatlarla bankda növbə gözləyir. Aydındır ki, 5-10 manatla onun hansısa yarası sağalmayacaq. Məsələ psixolojidir – nəsə edim, mütləq 10 manat irəli düşüm!

Yaxşı, deyək ki, sadə xalqı başa düşdük, bəs bu milyonlar yığan iş adamlarına nə olub? Elə iş adamları da var ki, manatla dolu “Kamaz”ın arxasını verir bankın qapısına, deyir, manatları tökün, dollarları yükləyin.

Bu gün Türkiyə niyə dünyada diktə edən dövlətə çevrilə bilib?

Bununla bağlı kiçik bir nümunə çəkim: dollar bahalaşanda Türkiyə xalqı bankların önündə növbəyə düzüldü – dolları lirəyə dəyişmək və dövlətə dollar bağışlamaq üçün...

Azərbaycan insanı isə dollar bahalaşmamış növbəyə düzüldü – dövlətdən dollar qopartmaq üçün.

Çünki Türkiyədə dövlətçilik, millətçilik təffəkürü var. Bizdə isə əksər iş adamları ancaq varidatlarını artırmağı düşünür. Daha başa düşmürlər ki, dollar qalxsa, camaatda pul olmasa, satmaq istədiyi məhsulu da alan olmayacaq.

Bu hadisələrin fonunda hökumət rəsmiləri bəyanat yaydılar ki, bəs, ay xalq, ay camaat, narahat olmayın, manata heç nə olmayacaq! Ekspertlər də bununla bağlı pozitiv açıqlamalar verdilər.

İndi xalqını, vətənini düşünməyən, öz ölkəsinin rəsmilərinə, mütəxəssislərinə inanmayan bu iş adamlarına biz niyə inanmalı, etibar etməliyik?

Aydındır ki, bunlar 5 qəpik irəli düşmək üçün zay məhsulları gətirib camaata sırıyarlar, necə ki sırıyırlar.

Çox utancverici durumdur. Niyə bu duruma düşdük axı?

Səbəblər çoxdur, amma ən önəmlisi və birincisi özümüzdədir.

Əsas sual isə budur: manat ucuzlaşır, yoxsa dövlətçilik təfəkkürümüz?

Tarix
2020.03.14 / 12:58
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...

Azərbaycanda yayılan ən təhlükəli xəstəlik

Bu teatr tamaşaları virtuala daşıdı – Maraqlı layihə

Tiflisdə Azərbaycan teatrının aktyorları işdən qovuldu

Kainatı yenidən yaratmaq üçün onu məhv edən Şiva...

Koronovirus önünə nə ilə və necə çıxırıq?

Teledərslərin sabaha olan - Cədvəli

Koronavirusla bağlı daha bir video: Evdə qal...

Əbülfəs Qarayev ictimaiyyətə müraciət etdi

41 il əvvəlin məxfi epidemiyası: bioloji silah belə yayılmışdı...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla