Yuxarı

Bu ad hər birimizdə ən xoş duyğular oyadır - Əliyeva

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ad hər birimizdə ən xoş duyğular oyadır - Əliyeva

Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı.

Kult.az xəbər verir ki, bunu ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Vaqif Mustafazadənin 80 illiyi ilə bağlı yazıb.

“Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilib, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”,- Birinci vitse-prezident qeyd edib.

Qeyd edək ki, bu gün Vaqif Mustafazadənin anadan olduğu gündür. V.Mustafazadə 16 mart 1940-cı doğulub, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol səfərində olarkən dünyasını dəyişib.

Tarix
2020.03.16 / 23:33
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla