Yuxarı

AYB-də nə baş verir: saytlarla bağlı - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-də nə baş verir: saytlarla bağlı - Açıqlama

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Axar.az-a açıqlamasında mətbu orqanların saytlarının onun kurasiyasına keçdiyini, "Azyb.net" saytının yenidən hazırlanacağını deyib. Bu açıqlama qurumun mətbuat xidmətinin saytı olan "Ayb.az"ın gələcək fəaliyyətini şübhə altına alıb.

Məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Axar.az-a münasibət bildirib:

"Azyb.net" saytı yenilənir. Hazırda İlqar Fəhminin nəzarətində son tamamlanma işləri gedir. Saytlar dolayısı ilə katibliyin səlahiyyətlərinə daxil ediləcək. "Azyb.net" saytı əvvəllər də olduğu kimi arxiv rolunu yerinə yetirəcək. Saytın da hazırda gec açılmasının, yüklənməsinin səbəbi arxivin yenidən köçürülməsidir. "Azyb.net" daha çox ciddi bir sayt kimi olacaq. "Ayb.az" operativ sayt olaraq fəaliyyətini davam etdirəcək. Biz hər informasiyanı anında yerləşdiririk. "Azyb.net" saytı isə tamam başqa istiqamətdə olacaq. Bildiyim qədər, İlqar Fəhminin planları arasında Vikipediyada bir neçə dildə yazıçılar haqda məlumatların yerləşdirilməsi də nəzərdə tutulur.

Qurumun sözçüsü sayta ad seçərkən "Azyb.net"dən imtina edərək "Ayb.az" domenini seçmələrinin səbəbini də izah edib:

"Ayb.az" domeni məndən əvvəl də Yazıçılar Birliyinin olub. Ad baxımından, asan tapılmağı baxımından daha əlverişli ad "Ayb.az"dır. Hətta keçirdiyim sorğular, etdiyim söhbətlər zamanı məlum oldu ki, oxucular "Azyb.net" saytını çox çətinliklə tapa bilirlər. Rəyini öyrəndiyim adamlar yalnız Quqlda axtarışdan sonra bu sayta çıxmaq mümkün olduğunu dedilər. Buna görə də "Ayb.az" domeni ilə fəaliyyətə başladıq. "Azyb.net"də arxivin köçürülməsi problemləri var idi deyə, kiminsə işinə mane olmamaq üçün "Ayb.az" domenini seçdik".

Tarix
2015.03.13 / 12:34
Müəllif
Rövşən Danyeri
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla