Yuxarı

Herisçi: “Əli Əkbərin cavabını verəcəyəm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Herisçi: “Əli Əkbərin cavabını verəcəyəm”

"Əli Əkbər "Yeni Müsavat"da mənim haqqımda olan tənqidi yazısını mənim Feysbukdakı iki statusumun təsiri ilə yazıb".

Bu sözlər Həmid Herisçinin yazıçı Əli Əkbərin onun haqqında olan yazısı ilə bağlı Axar.az-a verdiyi açıqlamada yer alıb. Yazıçı həmin statusları xatırladıb:

"1-ci status: "Çox təkləndim. Çox tək qaldım. Hərdən aylarla evdən küçəyə çıxmadım. Bunlar təsirsiz ötmür. Hiss edirəm ki, insanlarla təmas nöqtəsini unutmuşam. Başqalarıyla deyil, elə hey özümlə söhbət edirəm. İnanmıram daha bir başqa insanla nə vaxtsa dost olum. Bunu dərk etmək də ağırdı. Evdə tək-tənha… İşdə tək-tənha... Küçələrdə tək-tənha... İnsanlarmı məni itirdi, yaxud mənmi onları? Bilmirəm. Hərdən gözəgörünməz də oluram. Müşahidə kameralarına belə düşmürəm. Bəlkə doğrudan da, yox olmuşam? Ruha, kölgəyə çevrilmişəm? Restoran, kafelərə də tək gedirəm. Kimsə məni görmür. Mən də kimsəni görmürəm. Ruha çevrilmək bax bu cür baş verir. Bu barədə bir tanış psixoloqla söhbətləşdim. Dedi: "Bizim kənddə belələrinə qız verməzlər".

2-ci status: "Dünən getmişdim Axundov adına kitabxanaya. Heç, elə-belə, verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə. Kitabxana işçilərindən biri lazımi kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü. Dedim, nooldu axı sənə? Cavabında: "Direktorumuz deyir ki, sənə kitab verməyim. Deyir ki, yaxşı adam deyilsən. Televizorda klassiklərimizi təhqir edirsən", – sözlərini eşitdim. Ağzım qurudu. Qaldım mat-məəttəl. Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar. Kitab verməzlər mənə. Nədir bu? Rəhmətlik atam bu təkliyə-tənhalığa "təbrizli taleyi" adını vermişdi. İndi bu taleyi mən yaşayıram..."

Bax bu iki statusumun Feysbukdakı dəli tufanı, deyəsən, çoxlarını, o cümlədən, Əli Əkbəri ciddi narahat edib. Onun cavabını sabah verəcəyəm".

Qeyd edək ki, bu gün səhər saatlarında yazıçı Əli Əkbərin Musavat.com-da "Herisçi tənha qalanda" adlı tənqidi yazısı gedib.

Tarix
2015.03.16 / 23:56
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla